Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Şirvandakı “Nənəmin təndiri”nin sahibi Teymur sakinlərə saxta çörək satır… - Qaz sobasında bişən çörəklər təndir çörəyi adı ilə satılır..
Tarix: 18-08-2022 | Saat: 12:48
Bölmə:M / Karusel / Gündəm / Xəbəraz TV / Araşdırma | çapa göndər



AQTA, yaxud  İstehlak Bazarına Nəzarət Dövlət Xidməti hara baxır..?

Son  20-30 ildə Azərbaycana nə qədər əcnəbi brendlər  gətirilib..?
Bəli, məşhur  ərzaq, qida, yaxud  geyim brendləri adı altında ölkəmizdə əməlli-başlı bazar açıblar.
Təsəvvür edin ki,  məşhur əcnəbi brendin adı altında 5-6 min manata satılan  məhsulun  “yerli” olduğu və real dəyərinin heç  500 manat olmadığı bəlli olur.
Sözün qısası, bu məsələdə istehlakçıların hüquqlarını qoruyan yoxdur.
Baxmayaraq ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti  boyda  dövlət qurumu var. Ki, əsas funksiyası istehlakçıların hüquqlarını qorumaqdır. Və buna görə, yüzlərlə işçi dövlətdən hər ay yüksək maaş alır.
Bu qurum istehlakçıların hüquqlarını qoruyurmu..?
Yaxud  o boyda  Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA)  yaradıldı. Ki, istehsal və istehlak  olunan qida məhsullarının keyfiyyətinə nəzarət etsin. Bəs nə oldu, axırı…
Təkcə bircə faktı qeyd edək.
Sovet dövründə  çörəyin keyfiyyətinə xüsusi nəzarət var idi. Qara çörəkdən, çovdar çörəyindən istifadə edənlər az deyildi.
Ancaq neçə ildir ki, Bakıda hamı saxta qara çörəklərdən şikayətlənir. Təsəvvür edin ki, müxtəlif boyalardan istifadə edərək  saxta qara çörəklər istehsal edib əhaliyə baha qiymətə satırlar. Ancaq sonra məlum olur ki, bu çörəklər  saxtadır.
Bəli, hər şeyin saxtasına əl uzadan dələduzlar çörəyi də saxtalaşdırıblar.
Belə işbazlardan  biri də  Şirvanda fəaliyyət göstərən  Teymur adlı şəxsdir. Bu adam “Nənəmin təndiri” çörək  sexi açıb.
Birincisi, Azərbaycanda məşhur  “Nənəmin təndiri”  brendi var.
Bu ad altında fəaliyyət göstərmək üçün  mütləq icazən olmalıdır. Əks halda səni kiminsə brendini oğurlamaqda ittiham edə bilərlər.
Əlbəttə, biz tanınmış “Nənəmin təndiri”  brendinə vəkillik etmək fikrində deyilik, amma bunu qanunlar tələb edir.
Nə isə, keçək əsas məsələyə.
Deməli, Teymurun “Nənəsinin təndiri”   Şirvan sakinlərini aldadır.
Belə ki, Teymur sakinlərə çörəyin təndirdə  bişirildiyini élan və reklam etsə də, əslində çörəklər  qaz sobasında bişirilir və standart  və normalara uyğun gəlmir.
Sakinlər  Teymurun  bu əməllərindən ciddi narazılıq edirlər. Və sakinlər soruşur ki, AQTA-nın  rəhbəri Qoşqar Təhməzli, yaxud  İqtisadiyyat nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti hara baxır..?
Görəsən, Şirvan boyda şəhərin hüquq-mühafizə orqanları, icra hakimiyyəti niyə bu barədə susur..?
Teymur isə saxta yolla əhalidən qazandığı pulların hesabına  “Kənd evləri”  deyilən ərazidə təzə, sənədsiz obyektlər tikməkdə davam edir.
Teymur haqqında çox sözlər deyirlər, hətta onun “maloletka”, “türmə”  söhbətini edənlər də var.
Amma bizim üçün kiminsə şəxsi problemləri önəmli deyil.
Bizim üçün əsas olan ictimai yüklü problemlərdir. Ki, vətəndaşların pozulan hüquqları təmin edilsin, saxta məhsullar  vətəndaşlarımızın evinə yol tapa bilməsin.
Axı, Peyqəmbər Əfəndimiz demişkən, biz yediklərimizin cəmiyik.

https://gundelik-baku.com/





2238 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___