Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Cənab Prezident, biz- Gəncə Dövlət Universitetinin müəllimləri müxtəlif orqanlara dəfələrlə müraciət etmişik.
Tarix: 18-08-2022 | Saat: 08:38
Bölmə:Bütün xəbərlər / M / Siyasət / Gündəm / Hadisə / Təhsil / Həftə-Reytinq | çapa göndər

 

AZƏRBAYCAN RESPUBLİKASININ

 PREZİDENTİ,  CƏNAB  İLHAM ƏLİYEVƏ

         SURƏTİ:  TƏHSİL NAZİRİ CƏNAB EMİN ƏMRULLAYEVƏ

         SURƏTİ:  GƏNCƏ ŞƏHƏR PROKURORU AZAD QARAYEVƏ

         SURƏTİ:  GƏNCƏ ŞƏHƏR  İCRA BAŞÇISI NİYAZİ BAYRAMOVA

         

        Cənab Prezident, biz- Gəncə Dövlət Universitetinin müəllimləri müxtəlif orqanlara dəfələrlə  müraciət etmişik.  Buna  baxmayaraq  sanki, hansısa  sehrli  bir  qüvvə burada baş verən qanunsuzluqlara nəinki  göz yummağa, hətta onları dəstəkləməyə, ali rəhbərliyə gedib çatmasının qarşısını almağa göstəriş vermişdir.

         Cənab Prezident, GDU-da önəmli vəzifələri qəsb etmiş məlum bir qrup əsas qanunları və dövlətin təhsil strategiyasını ayaqlar altına sərərək  maliyyə və inzibati maxinasiyalara  qorxmadan imza atırlar. 

        Yorulub əldən düşmüş, baş verən proseslərə adekvat  reaksiya verə bilməyən, 72 yaşlı  tamahkar bir qocanın ümidinə qalmış bir  kollektivdə normal iş prosesi yoxdur. Ümid edirdik  ki, universitetə bəlkə  normal bir prorektor təyin oluna və  bu özbaşınalıqların qarşısını ala.

         Lakin rektor universitetdə kifayət qədər  layiqli namizədlər olmasına baxmayaraq özünün rüşvət maxinasiyalarını icra edən, psixoloji xəstəlik adı ilə hərbi xidmətdən yayınıb saxta hərbi bilet alan, pedaqoji təhsili olmayan, adı məişət pozgunluğunda hallanan, nişanlı qıza sataşdığı üçün tələbə və müəllim kollektivinin gözləri önündə vəhşiçəsinə döyülüb qıçı sındırılan, təhsildən xəbərsiz  Şahin Xurşudovu universitetə tədris işləri üzrə prorektor təyin etdirdi. 

        İndi rektor tələbələrə, eləcə də universitet kollektivinə əlçatmazdır. Şahin Xurşudovdan başqa heç kimi qəbul etmir, heç kimlə görüşmür. İş vaxtını yalnız kabinetdə oturmaqla və ya müxtəlif  istirahət mərkəzlərində gəzməklə keçirir. Rektorun qəbul günləri yoxdur, kim müraciət etsə deyirlər get Şahin müəllimin yanına.

         Universitetdə isə özbaşınalıqlar bitmək bilmir. Təhsil nazirinin göstərişi ilə ali məktəblərdə  yenidən hazırlanma və əlavə təhsil fakültəsi ləğv olunub. Belə ki, müxtəlif  ixtisasları bitirən şəxslər universitetdə  9 ay müddətinə  guya "yenidən təhsil  alıb"  ikinci diploma sahib olurdu.  Məsələn, GDU-da  ingilis dili  müəllmliyi ixtisasını bitirən şəxs maddi maraqlar hesabına 9 ay əlavə təhsi alıb tarix müəllimi olurdu. Digər tərəfdən ali təhsilli şəxslər ikinci təhsil almaq üçün ödənişli əsaslarla birbaşa ikinci kursa qəbul edilirdi. Bu fakültə bütün ali məktəblərdən ləğv olunmasına baxmayaraq rektor Yusif Yusibov qeyri qanuni olaraq Zakir Zeynalovu həmin fakültənin dekanı ştatında saxlayıb. (Zakir Zeynalov Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevin müavini, dələduzluğuna və vətəndaşı döydüyünə görə vəzifəsindən qovulan Mikayıl Zeynalovun atasıdır).         

          Zakir Zeynalov ikinci təhsil almaq üçün müxtəlif şəxsləri tapır, onlardan 1500 - 2000 manat aralığında pul alır, həmin tələbələr isə heç bir müsahibə belə keçirilmədən  birbaşa  ikinci kursa qəbul edilir. Əslində isə ikinci təhsil almaq üçün ali təhsilli şəxslər rektorun adına ərizə yazmalı, tələb olunan sənədləri təqdim etdikdən sonra müsahibə əsasında istədikləri ixtisasa qəbul olunmalıdır. Bu işi isə müvafiq dekanlıqlar və tədris departamenti həyata keçirməlidir. 

         Zakir Zeynalov hal-hazırda olmayan fakültənin dekanı kimi fəaliyyət göstərir. Hal-hazırda Zakir Zeynalov 50-dən artıq tələbədən 1500-2000 manat arasında rüşvət alıb. Bu pulların bir tələbədən 500 manatı Zakir Zeynalova, qalan hissəsi isə rektor Yusif Yusibova çatır. 

Universitetdə keçirilən yay imtahan sessiyası  tam  biabırçılıqlarla yadda qaldı. İmtahan sessiyasında  maxinasiyalara ümumi rəhbərliyi Şahin Xurşudovun göstərişi ilə Soros fondunun tör-töküntüsü olan, nənəsi erməni olan Vasif Həsənov edirdi. İmtahanlar vaxtı əvvəlcədən bir neçə otaq müəyyənləşdirilmişdi. Kimlər  bir imtahana 50-100 manat  pul verirdisə  həmin tələbələr imtahan vermək üçün bu otaqlara salınırdı. Burada isə tələbələr müxtəlif  kitablardan, konspektlərdən, telefondan istifadə edərək sualları cavablandırırdılar. Pulları isə əsasən, prorektorun  köməkçisi Orxan Məmmədov, Anar Əsilbəyov, Könül Əlizadə, Aynur  Yusifova, Keyfiyyətin təminatı mərkəzinin müdiri İsmayıl İsmayılov  yığırdı. Pul verməyən tələbələr isə kütləvi şəkildə kəsilirdi. Bundan sonra kəsilən tələbələr üçün yay məktəbi təşkil edildi. Müəllimlər gözləyirdi ki, bu tələbələrə dərs keçiləcək. Lakin, dekanlıqlara göndərilmiş imtahan cədvəllərində tələbələrə kəsir yox, verdikləri pulun müqabilində  qiymət gəldi. Yay məktəbi də baş tutmadı,  deməli, tələbələr artıq görüm-baxım etmişdi.

Şahin Xurşudovun göstərişi ilə dekanlıqlara, kafedralara adi dəftərxana ləvazimatları belə verilmir. Bu vasitələrin hamısını məcbur edib kafedra müdirlərinə, dekanlara aldırırlar. 

GDU-da hal-hazırda 8 xidməti maşın vardır.  Kafedralara, dekanlıqlara veriləcək dəftərxana ləvazimatlarına, tədris  üçün lazım olan avadanlıqlara, işçilərin  maaşlarını artırmağa  pul tapmayan rektor  biri  80000 manat  olmaqla iki ədəd yeni xidməti maşın almağa pul ayırıb. 

Amma, söhbət maaş artımından düşəndə rektor cənabları az qalır dəsmal çıxardıb ağlaya ki, heç indiki maaşı verməyə pulumuz  çatmır.

Ən dəhşətli fakt ondan ibarətdir ki,Yusif Yusibov heç kimi qəbul etməsə də, tədrislə maraqlanmağa vaxt tapmasa da aptek işinə rəhbərlik etməyə vaxt tapır. Belə ki, yığılan rüşvətin hesabına Yusif Yusibov diğər obyektləri, mağazaları  azmış kimi, bir neçə aptek də alıb. Gəncə Beynəlxalq Xəstəxanasının yaxınlığında yerləşən apteklər də cənab rektora məxsusdur.

         Özləri qaz vurub qazan doldursalar da universitet müəllimlərinin əmək haqqını qaldırmırlar. Universitetin müəlliminin maaşı 350 manatdan başlayır. Ömrünü gününü tədrisdə çürüdən dosentlər təqribən 700 manat maaş alır. Maraqlı burasıdır ki, rektorun yaxın ətrafı heç elmi dərəcələri olmasa da 1500-2500 manat  arası maaş alır. Respublikamızda ali məktəblər arasında ən aşağı maaş Gəncə Dövlət Universitetindədir.

Cənab Prezident, Universitetin idarəçilik sistemi elə bir hala düşüb ki, tədris müəssisəsi barıt çəlləyini xatırladır. Artıq burada rüşvət, təhqir, hədə-qorxu, dava-dalaş adi gündəlik bir hala çevrillib. Dəfələrlə şikayət edilməsinə baxmayaraq  əlaqədar təşkilatlar  heç bir tədbir görmür. Çünki, Yusif Yusibov  Maliyyə Nazirliyinin Aparat rəhbəri Cavanşir Yusibovun qardaşıdır. Cavanşir Yusibov isə nazirlər Ceyhun Bayramovun və Mikayıl Cabbarovun yaxın dostudur. 

Cənab Prezident, Sizdən çox xahiş edirik ki, Universitetdəki bu özbaşınalıqların qarşısını almaq üçün müvafiq tədbirlər görəsiniz.

                                                       


Hörmətlə,

           universitetin professor-müəllim heyəti  

adından dosent Ziyafət Bayramova







4158 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___