Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
"Məktəbli forması başdan-ayağa hoqqabazlıqdır" - Deputat
Tarix: 17-08-2022 | Saat: 11:47
Bölmə:Karusel / Təhsil / Gündəm | çapa göndər

"Məktəbli forması başdan-ayağa hoqqabazlıqdır" - Deputat


"Bu gün əksər vətəndaşımızın məktəblə birbaşa əlaqəsi var. Onların da ən yaralı yeri dərsliklər və məktəbli paltarıdır. Heç nəyi gizlətmək lazım deyil, həm dərslik nəşri, həm də məktəbli paltarı ayrı-ayrı imtiyazlı şəxslərin inhisarındadır".

Bunu deputat Fazil Mustafa deyib.

"Ona görə də hər vasitə ilə min hoqqa çıxarırlar ki, vətəndaşdan pul qoparsınlar. Dərslik pulsuz verilir, nə olsun? Üzərində on-on beş yardımçı kitabı da almalısan ki, kimlərsə pul qazansın? Əlavə məcburən yalnız yükü olub məzmunu olmayan bu qədər kitab aldırarlar? Üstəlik də bu dərslikləri niyə may ayında yığırsınız? Üç ay nəklə uşaq təkrar edəcək? Onsuz da dərslər mənasızdır. Çox vətəndaş uşağının təhsil alması naminə bunu boğazından kəsib ödəyir. Məktəbli forması isə başdan-ayağa hoqqabazlıqdır.

Formalar bir neçə məmurun sexində istehsal olunur və üzərinə istədiyi qiymət yapışdırırlar. Hamı tökülub inhisarçıdan baha qiymətə forma almağa. Unutmayaq ki, bu forma çox uşaq üçün bir il işə yarayır. Təhsilin keyfiyyətinə diqqət yetirmək lazım, formasına deyil. Təklifim budur ki, müvafiq icra hakimiyyəti məktəbli qızlar və oğlanlar üçün ən azı 10 çeşid alternativ geyim formaları təqdim etsin. Qoy bir məktəbdə on çeşid bir-birinə yaxın forma olsun, təki valideyn onu rahat əldə etsin. Bəlkə elə valideyn var ki, forma almağa imkanı yoxdur, özü evdə tikib uşağa versin. Bütün hallarda alternativ çox olanda qiymət də münasib olur. Əslində dövlət formanı pulsuz təmin etmənin yollarını tapsa yaxşı olardı. Yüz yerdə mənasız israfımız var, təhsildən hər yayındırılan vəsait küçədə bir cahilin, bir narkomanın sayının artması deməkdir. Bu ölkə onsuz da cahilliyə məğlub olmağa doğru gedir..."




Xəbəri paylaş

6318 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___