Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Son bir həftə ÇOX DƏHŞƏTLI olacaq - Qorunmaq üçün BUNLARA əməl edin!
Tarix: 17-08-2022 | Saat: 11:09
Bölmə:Karusel / Gündəm | çapa göndər



Qarşıda bir həftə çox isti olacaq. Artıq bu gün etibarilə 54 nəfər günvurma şikayəti ilə təcili tibbi yardıma müraciət edib.

Günvurmadan necə qorunmaq lazımdır?

Günvurma Günəş şüalarının təsirindən baş verən istilik zərbəsinin bir növüdür. Qızmar Günəş altında çox qaldıqda belə halların sayı artır.

Günvurma ilk növbədə ürəkbulanma, göz bəbəklərinin genişlənməsi, təngnəfəslik, nəbzin döyünməsinin sürətlənməsi, baş ağrıları ilə müşahidə edilir. Həmçinin bir çox xəstəliklərinin yaranmasına səbəb ola bilir.

Həkim-terapevt Rasif Bağırov günvurma ilə mübarizə bir sıra mühim məqamı qeyd edir.

"Günvurmadan qorunmaq üçün düz düşən Günəş şüalarının təsirindən qaçmaq lazımdır. Bu 12-nin yarısından saat 3-ə qədər müddətə təsadüf edir. Xüsusilə, yaşlı adamlar gün altına çox daxil olmamalıdırlar".

Həkim deyir ki, isti havalarda bol maye qəbul etmək mütləqdir:

"Həmin maye bədəndə susuzlaşma və qurumanın qarşısını alır. Bədəndə buxarlanma, qanda qatlaşma, beyinə gedən qan dövranı pozulduğuna görə çox yüksək miqdarda su qəbul etmək lazımdır. 40 dərəcə istidə evdən çıxarkən insan özü ilə mütləq su götürməlidir. Ən əsası yuxu rejimi qaydasında olmalıdır. Yuxu rejimi pozulan insanlar günvurma hallarına daha tez tutulur".

Ekspertin fikrincə, günvurma qanın biokimyəvi tərkibinin dəyişməsinə də səbəb olur:

"Hələlik bu sadalananlara əməl olunması tövsiyə olunur. Çölə çıxarkən çətir və ya papaq götürmək, həmçinin geyim seçimində açıq rənglərə üstünlük verilməsi lazımdır".




Xəbəri paylaş

5248 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___