Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Şəmkirdə itkin düşən qadının yaxınları danışdı: "İçib döyürdü" - FOTO
Tarix: 17-08-2022 | Saat: 11:08
Bölmə:Karusel / Hadisə / Foto-fakt | çapa göndər



Məlum olduğu kimi, Şəmkir rayon sakini 33 yaşlı Asimə Məmmədova yaşadığı evi tərk edərək yoxa çıxıb.

Avqustun 4-ü evindən gedən qadını yaxınları hələ də tapa bilmir.

Əməkdaşımız məsələni yerində öyrənmək üçün Asimə Məmmədovanın yaşadğı Seyfəli kəndinə yollanıb. İlk olaraq qadının ata və anasının yaşanan hadisəyə münasibətini, Asimənin hansı səbəbdən gedə biləcəyini öyrənməyə çalışıb.

Qadının yaxınlarının sözlərinə görə, son bir neçə ayda Asiməni həyat yoldaşı Azır Nağıyev davamlı şəkildə döyüb. Qadın hətta ata-anasından onun boşanmasına köməklik göstərmələrini xahiş edib. Boşanmaq üçün məhkəməyə ərizə də yazılıb. Sonuncu dəfə - yəni hadisədən bir gün qabaq Asimə Məmmədova atasının ad gününü keçirmək üçün yaxınlarının evində olub. Sonra isə ər evinə qayıdıb. Asimənin yaxınları qızlarının itməsini avqustun 8-i nəvəsindən eşidiblər.

Asimənin yaxınlarının iddiasına görə, onun əri tez-tez evə içkili gəlib.

Asimənin atası Məhmmədəli Məmmədov bildirir ki, sonuncu dəfə də kürəkəni qızını vurub və bundan sonra Asimə evdən gedib.

Məlumat üçün bildirək ki, Asimə Məmmədova Azər Nağıyev adlı şəxslə 14 ilə yaxındır evlidir. Bu nigahdan onların iki qız və bir oğul övladı var. Anasının dəfələrlə atası tərəfindən şiddətə məruz qalmasını ailənin 11 yaşlı üzvü Səma da təsdiqləyir. Axırıncı insident zamanı isə Azər Nağıyev həyat yoldaşından evi tərk etməsini tələb edib.

Faktla bağlı polisə məlumat verilib. Şəmkir rayon Polis Şöbəsi tərəfindən Səma Məmmədovanın axtarışı davam etdirilir.

Məsələ ilə bağlı Azər Nağıyevin və ya ailəsinin fikirlərini öyrənmək istəsək də qarşı tərəf sullarımızı cavablandırmaq istəmədi.


Məqaləyə dair fotomateriallar:






3338 dəfə oxunub.

Digər xəbərlər
24-04-2016, 15:39 Saç niyə hörülür?

bütün xəbərlər
____ Instagram ___