Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Bizim Ev” MTK Yasamalda sakinlərə işgəncə verir.. - “Bizim Ev” MTK hansı məmura məxsusdur..?
Tarix: 08-08-2022 | Saat: 12:38
Bölmə:M / Karusel / Gündəm / Araşdırma / Reportaj / Xəbəraz TV | çapa göndər




Şirkətin apardığı tikinti prosesində heç bir təhükəsizlik qaydalarına əməl olunmur..


Tikinti bumu  deyilən  məsələ demək olar ki, neçə illərdir ki, cəmiyyətdə, mediada, hətta hakimiyyətin  ən üst qatlarında  ciddi müzakirə olunur. Amma etiraf etməliyik ki, ortada ciddi nəticə yoxdur.
Necə deyərlər, dəyirman bildiyini eləyir, çaxçax başını ağrıdır.
Birincisi,  tikinti bumu özü ilə bərabər  kifayət qədər yaşıllıqları məhv edir.
İkincisi, tikilən binalar, obyektlər  tikinti normalarına  cavab vermir.
Təkcə bir faktı yada salaq.
Bir neçə il əvvəl  Binəqədidə tikinti materialı olan üzlük materialların  düzgün  seçilməməsi səbəbindən 16 mərtəbəli bina bütünlüklə yandı, 16 nəfər öldü, 60 nəfər yaralandı.
Nəticədə binanın təsisçisi, sahibi 8 il həbs cəzası aldı, amma 3 ildən sonra azadlığa çıxdı, hətta müsadirə olunan əmlakını qaytara bildi. Həmin şəxs lap 100 il həbsdə olsaydı nəsə dəyişəcəkdimi, günahsız ölənlərdən bircəsi diriləcəkdimi..? Əlbəttə, yox.
Sözümüzün canı odur ki, heç bir tikinti, ekoloji, təhlükəsizlik  normalarına cavab verməyən binalar  gələcəkdə  ciddi fəsada çevrililəcəklər.
Biz hələ bu binaların  arasındakı məsafələrin heç bir normaya uyğun gəlmədiyini və digər neqativ halları təkrarlamaq istəmirik.
Bütün yazılanlara, deyilənlərə, ictimai müzakirələrə, hətta dövlət başçısının dəfələrlə bu problemi sərt şəkildə tənqid etməsinə baxmayaraq, tikinti mafiyası öz əməllərindən bircə addımda geri çəkilmir.
Belə tikinti şirkətlərindən biri də “Bizim Ev” MTK-dır.
Yeri gəlmişkən, onu da qeyd edək ki, Bakı şəhərində yaşıllıqların ən çox məhv edildiyi rayonlardan birincisi Yasamal rayonudur.
Bəli, haqqında bəhs edəcəyimiz  tikinti şirkətinə aid olan elanda yazılıb:
Tikinti obyektinin ünvanı: Bakı şəhəri, Yasamal rayonu, 3155-ci məghəllə, Həsənbəy Zərdabi küçəsi, 69b ünvanında 2 girişli çoxmrtəbəli yaşayış binası.
Sifarişçi: “Bizim Ev” MTK
Dövlət  ekspertizasının rəyi: 25693, 17.07.2018
Layihəçi: KARKAS-S MMC lisenziya İNİL-523/2017.05.06.2017
Podratçı: “Bizim Ev” MTK  lisenziya EL-118/21.05.2018
Başlanma tarixi: 10.03.2022
Bitmə tarixi: 10.09.2024
Bu məsələnin rəsmi tərəfi.
Yeri gəlmişkən, tikinti gedən ərazinin sakinləri dəfələrlə dövlət orqanlarına şikayət ediblər ki, “Bizim ev” MTK onların məhəllədaxili əraisini zəbt edib.
Vətəndaşların istirahət yeri, uşaqların əyləncə məkanı tikinti meydançasına dönüb.
Sakinlər deyir ki, nə qədər ağacları qırdılar. Amma sənəddə qeyd olunmuşdu ki, ağaclar köçürüləcək. Ağac köçürmək üçün maşınlar da var. Amma ağacları köçürmək əvəzinə, onların sonuna çıxırlar. Yaxınlaşıb soruşanda da adama deyirlər ki, sən bilirsən bu tikinti kimindir?
MTK-nın sahibinə deyən yoxdur ki, tikintinin sahibi kimdir, nəçidir, kimin qohumudur özü bilər, amma dövlət başçısı İlham Əliyev cənabları deyir ki, məhəllə daxili ərazilərdə tikinti aparmayın, bu cinayətdir, ağacları kəsməyin, ağacları qoruyun.
Amma MTK  sahibləri tam əksini edirlər.
“Bizim EV”  MTK-nın reklamlarına baxanda adam deyir maşallah.
Belə ki, şirkət  həyətyanı sahələrdə sakinlər, hətta uşaqlar  üçün hər cürə şərait yaradılacağını reklam edir. Amma...
Əmması odur ki, MTK ərazidəki ağacların hamısını məhv edib. Bu günədək binanın tikintisi ilə məşğul olan neçə-neçə şirkət gəlib gedib. İndi başlayıblar tikintinin dayandığı 3-4-cü mərtəbədən davam etdirməyə.
Tikinti prosesində heç bir  təhlükəsizlik qaydalarına əməl edilmir, nəinki fəhlələr, heç müdriyyət də kaska  geymədən tikinti ərazisində dolaşır.
Tikinti zamanı  ərazidə oynayan uşaqlar üçün ciddi təhlükə yaranır.
Binaların arasındakı məsafə isə heç bir tikinti normasına uyğun deyil.
Bütün bunlar azmış kimi  tikintinin səs-küyündən  ətrafda yaşayanlar baş götürüb qaçmaq istəyir.
Hətta istirahər günləri, şənbə, bazar, səhər saat 6-dan tikinti texnikasının səsindən evlərdə oturmaq olmur. Axı, vətəndaşların istirahət hüququ var,  mənzillərdə yaşlı, xəstə insanlar, azyaşlı uşaqlar var.
Kim  bunlara ixtiyar verib ki, sakinlərə bu qədər stress yaşatsınlar, insanların əsəbləri ilə oynasınlar.
Əgər bu tikinti ərazisində hər hansı faciə baş verərsə, buna görə kim məsuliyyət daşıyacaqdır..?
Ekologiya Nazirliyi, FHN, Baki ŞİH, Yasamal RİH, Şəhərsalma və Arxitektura Komitəsi, Baş Prokurorluq hara baxır, bəs nəyə nəzartə edirlər..?
Bir neçə il əvvəl  sementin keyfiyyətsizliyi səbəbindən bina uçdu töküldü  və bir neçə fəhlə öldü.
İndi  "Bizim Ev" MTK-nın tikdiyi bina çöksə, kim buna görə cavab verəcək..?
Tikinti  bumunda kimsə satır, kimsə nəsə alır, kimsə rüşvət verir, kimsə rüşvətlə milyonlar qazanır, bəs biçarə  sakinlərin günahı  nədir ..?
Axı, ölkə başçısı parklar saldırır, yaşıllıqlar əkilir, sakinlərin istirahəti üçün mümkün olan hər şeyi edir.
Tikinti MTK-lar isə  bir iş biliblər:
Tikinti gedən əraziyə iri hərflərlə  “Müvəqqəti narazılığıa görə üzr istəyirik”  yazmaqla işlərini bitmiş hesab edirlər.
Birincisi, bu müvəqqəti narazılıq neçə il davam edəcək..?
İincisi, mən daşı sənin başına vurum, sonra da üzr istəyim...
Sözün qısası  “Bizim Ev” MTK Yasamalda  sakinlərə işgəncə verir və sonra...
Buna deyirlər, üzrü qələtindən betər əməl.
Qarşı tərəfin fikirlərini dərc etməyə hazırıq.
Biz faktları göstərdik. Araşdırması isə Hüquq-Mühafizə Orqanlarının işidir.


MƏNBƏ https://gundelik-baku.com/



Xəbəri paylaş

4468 dəfə oxunub.

Digər xəbərlər
22-03-2016, 19:40 DOSTUM OLA BİLƏRSƏNMİ

bütün xəbərlər
____ Instagram ___