Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Kürdəmirin “voyenkom”u Həbib Əliyevin “neqodnu” biznesi… - Xidmətin rəisi general Arzu Rəhimov polkovnik Həbib Əliyevi niyə müdafiə edir..?
Tarix: 08-08-2022 | Saat: 12:36
Bölmə:M / Karusel / Gündəm / Araşdırma / Reportaj | çapa göndər




Məlumdur ki, nəinki müharibə dövründə, hətta  sülh  şəraitində belə orduda xidmətdən yayınmağa can atanlar, bunun üçün lazım olan qədər  rüşvət verənlər hər  zaman olub.
İmkanlı və vəzifəli şəxslər öz  oğlan övladlarını hərbi qulluqdan yaındırmağa çalışırlar.
Müharibə dövründə isə bu hal pik həddə çatır, imkanı olan valideynlər  nəyin bahasına olursa-olsun öz övladlarını müharibədən yayındırmağa çalışırlar.
Belə məqamda qoca kişilərin dedikləri yada  düşür:
SSRİ-nin rəhbəri  Stalinin oğlu Yakov Cuqaşvili müharibədə öldü, Bağırovun oğlu müharibədə öldü.. Hətta Mir Cəfər Bağırov müharibədə ölən oğlu Volodyanın meyidinin  Bakıya gətirlməsinə də icazə verməyib.
Bütün bunlar  nə zamansa olub, yəni nağıl-zad deyil.
Amma təəssüf ki, zaman dəyişib.
Bəli, Azərbaycan  1988-ci ildən bu günədək, yəni  35 ildir ki, müharibə vəziyyətindədir. Və müharibənin nə zaman tam bitəcəyi də tam bəlli deyil.
Təkcə son iki gündə  şəhid olanlarımız var.
Yəni təkcə son 35 ildə  hərbi  səfərbərliyə  məsul olan hərbi komissarlar bəlkə də minlərlə, on minlərlə sağlam  gənci “neqodnu” edərək, ordudan yayındırıb.
Bu on minlərlə “neqodnu”nun  qiyməti  neçə milyonlar deməkdir.
Bəli, Azərbaycanda  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti  deyilən dövlət qurumu var. Və rəisi də cənab Arzu Rəhimovdur.
Bu qurum rüşvətin qarşılığında on minləri “neqodnu” edib, on minləri döyüş bölgəsindən kənarda hərbi xidmət keçməyə göndərib, on minləri idman klublarına cəlb edərək, müharibədən, hərbi qulluqdan yayındırıb.
Biz hələ hərbi komisarların təmir-tikinti, hərbi qulluqdan möhlət vermək, tender adı altında mənimsədikləri pulu bura əlavə etsək, ən kiçik rəqəm milyardlar olar.
Belə hərbi qurumlardan birinə də cənab Həbib Əliyev rəhbərlik edir.
Söhbət Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kürdəmir rayon şöbəsinin rəisi  olan  polkovnik  Həbib Əliyevdən gedir.
Həbib Əliyevin əməlləri ilə bağlı bircə fakta nəzər salaq.
Deməli, Həbib Əliyev hər dəfə  orduya növbəti çağırış prosesinə ciddi hazırlaşır. Bu hazırlıq isə, çağırışdan möhlət almaq istəyən çağırışçıların və əlbəttə ki, onların əvəzinə, hətta hərbi xidmətə yararsız olsalar belə, orduya göndəriləcək gənclərin müəyyənləşdirilməsindən ibarətdir. Bu gün də Səfərbərlik Xidmətinin Kürdəmir rayon şöbəsində rayonun əksər kəndlərində sağlam çağırışçıların rüşvət almaq yolu ilə ordudan yayındırılması və onların yerinə hərbi xidmətə yararsız gəncləri göndərmək təcrübəsi şöbədə geniş tətbiq edilir. Mediada  Həbib Əliyevlə bağlı  konkret olaraq belə bir fakt öz əksini tapıb.
Belə ki, Kürdəmir şəhər  sakini  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kürdəmir rayon şöbəsindən orduya hərbi xidmətə göndərilib. Çağırışçı tibbi komissiyada baxışdan keçərkən, komissiyanın üzvü olan cərrah gələcək əsgərin  ayaqlarında ciddi  problem olduğunu (yastıdabanlıq) və bu səbəbdən də xidmətə yararsız olduğunu qeyd edib. Lakin, bu zaman məsələyə müdaxilə edən Həbib Əliyev həkimin qərarına məhəl qoymayıb və yararsız çağırışçı orduya yola salınıb. Bundan sonra çağırışçı  Dövlət Sərhəd Xidməti Qoşunlarının hərbi hissələrindən birinə göndərilib. Lakin tez bir zamanda bu çağırışçının xidmətə yararsız olması aşkarlanıb. Belə ki, hərbi qaydada addımlamaq məşğələlərindən sonra əsgərin  halı pisləşib, bədən hərarəti yüksəlib və nəticədə o, sanitar hissəsinə gətirilib. Burada isə, onu müayinə edən həkimlər əsgərin  “yastıdabanlıq”dan əziyyət çəkdiyini dərhal aşkar ediblər. Bundan sonra, təbii ki, əsgər  hətta heç hərbi and içməyə belə macal tapmadan geriyə, evlərinə yola salınıb.
Yəni  Həbib Əliyev və digər hərbi komissarlar  özləri ilə bərabər həkimləri də cinayət əməlinə bulaşdırırlar.
Yaxşı, yuxarıda  qeyd etdiyimiz  daşdan keçək faktdan sonra nə üçün  Həbib Əliyevin əməllərinə son qoyulmadı.
Axı, bunu bütün dövlət qurumları bildi.
Sərhəd Xidməti bildi, rayon rəhbərliyi bildi, hətta Xidmətin rəisi cənab Arzu Rəhimov da bildi.
Onu da qeyd edək ki, Həbib Əliyev uzun illər Kürdəmirin sabiq icra başçısı, hazırda məhbus  həyatı yaşayan  Ceyhun Cəfərovla şərikli işləyib.
Heç kimə sirr deyil ki, Xidmətin rəisi general Arzu Rəhimov polkovnik Həbib Əliyevi  ciddi-cəhdlə müdafiə edir. Niyə..?
Bu artıq hüquq-mühafizə orqanlarının işidir.

MƏNBƏ https://gundelik-baku.com/




Xəbəri paylaş

4598 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___