Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bürcləri əsəbiləşdirən hallar - Kim qəzəbləndikdə necə reaksiya verir?
Tarix: 30-06-2022 | Saat: 12:51
Bölmə:Karusel / Qoroskop | çapa göndər



Hər bir insanın səbr kasası eyni böyüklükdə deyil. Bəzilərimizi ən xırda olaylar belə özündən çıxara bildiyi halda, bir qismimiz son ana qədər əsəblərimizi cilovlamağı bacarır. Lakin hər kəs nə zamansa əsəbiləşir.

Hər kəs əsəbiləşəndə eyni reaksiyanı göstərmir və bu bürclərə görə fərqlilik nümayiş etdirir.

Hansı bürc əsəbiləşdiyi zaman nə edir?

Qoç

Ən emosional bürclərdən olan qoçlar əsəbiləşdiyi zaman ani və sərt reaksiyalar verir. Onlar qarşısındakı insana ən ağır sözləri deyə bilirlər. Lakin uzun müddət küsülü qalmaq onların xarakterinə uyğun deyil. Qoçları əsəbiləşdirən şeylərin isə sayı-hesabı yoxdur. Onlar ən xırda məsələlərə belə sərt reaksiya göstərə bilərlər.

Buğa

Qaya kimi sərt əsəbləri var və çox gec özlərindən çıxırlar. Ancaq bir yerə qədər... Əgər buğalar əsəbiləşibsə harada olmasından asılı olmayaraq qışqır-bağır salıb, uzun müddət küsülü qalırlar. Onları ən çox əsəbiləşdirən şeylər isə üstlərinə çox gedilməsi, aclıq və qiymətli əşyalarını itirmələridir.

Əkizlər

Özlərindən çıxdıqları vaxtlarda var-gəl edib, əl-qol hərəkətləri ilə sürətlə danışmağa başlayırlar. Kimsə onları sakitləşdirməyə çalışsa belə buna məhəl qoymurlar. Onları ən çox sözlərinin kəsilməsi və vacib ehtiyacları olan əşyalarını tapa bilməmələri əsəbiləşdirir.

Xərçəng

Əsəbiləşdikləri vaxtlarda özlərinə qapanır, telefonlara cavab vermir, səs çıxarmır və hisslərini bəlli etmirlər. Onlar ən güvəndikləri insanların yanına gedirlər. Lakin çox vaxt danışacaq söz belə tapa bilmirlər. Şəxsi sirrlərinin aşkara çıxması, keçmişdə etdikləri hansısa səhvin xatırladılması onları özündən çıxarır.

Şir

Özündən çıxan şir qarşısındakı insanı iynəli sözləri ilə sancmağa başlayır. Özlərinə zərər versə belə acı sözlər işlətməkdən çəkinmirlər və deyəcəkləri bitikdə birdəfəlik çıxıb gedirlər. Bu zaman onların qarşısını heç nə ala bilməz. Aldadılmaq, tənqid edilmək, diqqətdən kənar qalmaq onları qəzəbləndirir.

Qız

Qəzəbləndikdə öz-özlərinə deyinməyə başlayırlar. Kimsə onları müdaxilə etdikdə isə bütün əsəblərini onun üzərinə tökürlər. Qəzəbli qızlar ətrafındakı əşyaları dağıtmaları ilə də seçilirlər. Dağınıqlıq, qeyri-müəyyənlik və şübhə onları əsəbiləşdirir.

Tərəzi

Qəzəbləndikdə diqqətçəkən formada gülümsəməyə başlayır, qarşısındakı insanı əzənə qədər bunu davam etdirirlər. Heç vaxt ağır ifadələr səsləndirmirlər. Ancaq kimin haqlı, kimin haqsız olduğunu sübut etmək üçün əllərindən gələni edirlər. Səhv onlardadısa, bir daha bu məsələyə qayıtmırlar. Pulsuzluq, aldadılmaq, sərt rəftar tərəziləri özlərinədn çıxarır.

Əqrəb

Əsəbi əqrəblə heç kimi mübarizə apara, onu susdura bilməz. Qəzəbləndikdə onlar özlərini idarə edə bilmirlər. Hər şeyi qırıb-dağıdırlar və uzun müddət keçsə belə olanları unutmurlar. Fikirlərinə qarşı gəlinməsi, aldadılmaq əqrəbləri hövsələdən çıxarır.

Oxatan

Əsəbiləşdikdə dayanmadan danışırlar. Hadisəni şişirdir, çıxılmaz hala gətirirlər. Tamamilə özlərindən çıxdıqda isə sizin haqqında bütün bildiklərini ortaya atırlar. Belə olan halda onları susdurmaq mümkün deyil. Problemi həll edənə qədər bu davranışı davam etdirirlər. Qaydalar, qadağalar, təzyiq onları özündən çıxarır.

Oğlaq

Çox gec əsəbiləşən oğlaqlar əvvəlcə susur, daha sonra isə bütün ürəyindən keçənləri qarşısındakı insanın üzünə hayqırırlqr. Onların dediklərini qəbul etmək mümkünsüz olur. Oğlaqlar onları əsəbiləşdirən insanla uzun müddət küsülü qalırlar. Tənbəllik, yalan, ikiüzlülük və hörmətsizlik oğlaqları qəzəbləndirir.

Dolça

Əsəbiləşdikdə vecsizləşir, araya məsafə qoyur, uzaqlaşır və lazım olduğu halda sonuna qədər özlərini müdafiə edirlər. Onlar sərt cavablar verə bilib, radikal mövqe sərgiləməyi də bacarırlar. Fikirlərini asanlıqla dəyişdirmir, sonuna qədər prinsip aparırlar. Tamamilə özlərindən çıxdıqda qarşısındakını təhdid edirlər. Dolçalar heç vaxt unutmur. Onları yalan, nankorluq, təzyiq qəzəbləndirir.

Balıq

Qəzəbləndikdə mübarizə aparmaq yerinə, uzaqlaşıb, özlərinə qapanırlar. Mahnı oxuyub, şeir yazaraq sinirlərini sakitləşdirirlər. Duyğularını maska arxasında gizlətməyi yaxşı bacarırlar. Əsəbi balıqların əksəriyyəti sakitləşmək üçün dayanmadan yemək variantına da baş vururlar. Aldadılmaq və sirrlərinin ortaya çıxması onları özündən çıxarır.




Xəbəri paylaş

3508 dəfə oxunub.

Digər xəbərlər
28-06-2015, 11:46 ABŞ-da bayraq savaşı

bütün xəbərlər
____ Instagram ___