Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Madonna” şadlıq sarayının hasarı deyil, özü sökülməlidir... - “Madonna” hansı məmurundur..?
Tarix: 29-06-2022 | Saat: 12:14
Bölmə:M / Karusel / Gündəm / Xəbəraz TV / Araşdırma | çapa göndər


Nizami rayonunda  yüksək gərginlikli  elektrik xətlərinin altında nə qədər ictimai-iaşə  obyekti var..? 

“Madonna”nın tüstüsü   ətrafdakı insanları bezdirib….



Gundelik-Baku.com olaraq illər öncədir yazırıq ki,  yüksək  gərginlikli  elektrik xətlərinin  altında   heç  bir ictimai-iaşə  obyekti ola bilməz.
Bəli, hələ sovet  dövründə   yüksək gərginlikli elektrik xətlərinin altında  ancaq ağaclar əkilirdi ki,  gərginlik azaldılsın, təhlükə olmasın və  s…ən əsası  həmin xətlərin altında  nəinki yaşamaq, ev tikmək, hətta obyekt ola bilməzdi.  
Amma  son 30 ildə  həmin yüksək  gərginlikli  elektrik xətlərinin altında  restoran, kafe, çayxana  və s kimi obyektlər durmadan artır.
Hətta, bu gün yoxlasalar,  həmin yüksək gərginlikli  elektrik xətlərinin altında  yüzlərlə, bəlkə də minlərlə qanunsuz  ev var.
Bilənlər bilir ki, belə  elektrik xətlərinin  altında yaşamaq xərçəng xəstəliyinin   səbəbidir. Və s…
Sözümüzün canı odur ki, pula, rüşvətə görə insanlarımızı bəlaya düçar etmək olmaz.
Konkret olaraq  dəfələrlə  yazmışıq ki,  Nizami  rayonunda  Qara Qarayev metrosundan çıxan kimi,  böyük bir ərazidə, yəni yüksək gərginlikli  elektrik xətlərinin altında  onlarla  çayxana, kafe  peyda olub. Yazan kimi çıxıb  bazarlıq edərək  yazıları çıxardırlar.
Bunlar başa düşmür ki, söhbət  millətin gələcəyindən  gedir…
Həmin yüksək  gərginlikli elektrik xətlərinin altında  saatlarla oturan insanlar, orada qulluq edən işçilər  nə qədər radiasiya  qəbul edir.
Sözün qısası, Nizami  rayonunda  yüksək gərginlikli  sahələri  iş adamlarına   sataraq  vətəndaşları zəhərləyirlər.
Dünən oxuduğumuz  son xəbər də bunu bir daha təsdiq elədi.  
Belə ki, sosial şəbəkələrdə Bakının Nizami rayonunda yerləşən “Madonna” şadlıq sarayının bilavasitə ərazisində yüksək gərginlikli hava elektrik xəttinin dirəyinin hasara alınmasının görüntüləri yayılıb.
Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Qurumun Mətbuat xidmətindən  bildirilib ki, məlumatla əlaqədar Dövlət Yanğın Nəzarəti Xidmətinin mütəxəssisləri tərəfindən əraziyə baxış zamanı həqiqətən də göstərilən ünvanda yerləşən yüksək gərginlikli hava elektrik xəttinin dirəyinin “Madonna” şadlıq sarayı tərəfindən hasarlanaraq sarayın həyətinə daxil edilməsi, bununla da yanğın təhlükəsizliyi sahəsində ciddi qayda pozuntusunun mövcudluğu öz təsdiqini tapıb.
Qeyd olunanları nəzərə alaraq, Xidmət tərəfindən dərhal aidyyəti üzrə məsələ qaldırılaraq hasarın sökülüb təhlükənin aradan qaldırılması təmin olunub.
Söhbət hasarın sökülməsindən getmir ee, ay cənablar, şadlıq evi  özü  yüksək gərginlikli   elektrik xəttinin altındadır. Bunu başa  düşmürsünüz..?
Hasarı sökməklə  problem həll olunmur ee…
Bu problemlər birinci dəfə deyil ki, ee,  mediaya çıxır.
Dəfələrlə Ekologiya və Təbii Sərvətlər Nazirliyi monitorinq zamanı  Nizami rayonunda  havaya atılan tüstü və zərərli tullantıların miqdarının normadan çox olduğu ictimai iaşə obyektlərinin adlarını açıqlayıb.
Həmin siyahıda  1-ci yerdə  “Madonna”  şadlıq sarayı gedib.
Söhbət təkcə  “Madonna”  şadlıq sarayından getmir.
Ümumiyyətlə, Nizami rayonu ərazisində fəaliyyət  göstərən "Cənnət", "Xan bağı", "Xan sarayı"  və digər obyektlərdə ciddi problemlər var.
“Madonna”  şadlıq  sarayının hansı məmura məxsus olması ilə bağlı növbəti yazıda.
Bu barədə  araşdırmalarımız davam edir. Bizi izləyin.
Qarşı tərəfin mövqeyini dərc etməyə  hazırıq.




4288 dəfə oxunub.

Digər xəbərlər
27-12-2018, 14:17 Sabah sulu qar yağacaq

bütün xəbərlər
____ Instagram ___