Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Xalasından şok: Sənay Türkiyədə bu qızla “evlənib”
Tarix: 28-06-2022 | Saat: 15:30
Bölmə:M / Karusel / Gündəm / Araşdırma / Reportaj | çapa göndər





Mən, cənab İlham Əliyev və Mehriban xanım Əliyevadan, Baş prokuror Kamran Əliyevdən oğlum üçün ədalət istəyirəm. Xahiş edirəm, oğlumu feministlərin ağzını bağlamaq üçün qurban verməyin.

Bu sözləri  açıqlamasında AXCP üzvü Fuad Qəhrəmanlı və tanınmış yazıçı Zümrüd Yağmurun qızı Sənay Qəhrəmanlıya təcavüz etməkdə təqsirləndirilən Əsgər Ağazadənin anası, sənayın xalası Sürəyya Ağayeva deyib.

S.Ağayeva bildirib ki, iyunun 8-də keçirilən məhkəmə prosesində təqdim edilən 797/2021-MTBŞ saylı rəyə əsasən, bioloji materialda Əsgər Ağazadəyə məxsus heç bir sübut olmadığı üzə çıxıb:

“797/2021-MTBŞ saylı 2-ci genetik ekspertiza rəyini Məhkəmə Tibbi Laboratoruiya şöbəsinin rəisi, ekspert Elşən Məmmədov açıqladı. Ekspert tədqiqata təqdim olunan alt paltarlarının üzərində kişi cinsini xarakterizə edən “Y” xromosomunun aşkarlanmadığı və Əsgər Ağazadəyə aid heç bir bioloji materialın tapılmadığını bildirib. Alt paltarlarında tapılan iki ləkənin müxtəlif qadına məxsus genetik material olduğu məlum olub. Maraqlısı isə ekspert E.Məmmədovun ekspert Zaur Kərimovun keçirdiyi bioloji testlə (684/2020 № li rəy) bağlı dedikləri oldu. O bildirib ki, tədqiqat zamanı alt paltarları üzərində tapılan 2 şəxsə aid bioloji materialın birinin Sənay Qəhrəmanlıya, digərinin isə Əsgər Ağazadəyə aid olduğu ehtimal olunub. Sonda həmin rəyin düzgün olmadığı aşkarlandı və əsas olaraq sonuncu genetik ekspertiza nəticələrinin götürüləcəyi təsdiq edildi. Ekspert Gündüz Cəbrayılovun imzaladığı birinci genetik testdə də PSA-nın Sənay Qəhrəmanlıya aid olduğu təsdiqlənmişdi.

Bütün bioloji və genetik rəylər PSA (SERATES PSA SEMİQUANT) aparatı vasitəsilə ultrabənövşəyi şüalarla məhkəmə tibbi təyininə əsaslanıb. Rəylərdə tuman və kalkotkanın üzərindəki qan ləkələrindəki PSA-nın miqdarı 4 nanoqram millidən kiçik olduğu da qeyd olunur. PSA həm kişi, həm də qadın orqanizmində rast gəlinən antigendir. Əgər tədqiqata təqdim olunmuş paltarlar üzərində kişi sperması olsaydı, PSA-nın miqdarı 500 mindən 50 milyona qədər olmalıydı”.

O, həmçinin vurğulayıb ki, qarşı tərəf bir çox məqamlarda yalan ifadə verib və bununla bağlı sübutlar da var:

“Məhkəmə proseslərində Sənay Qəhrəmanlı ifadə verməliydi. Anası Zümrüd Yağmur və vəkili Zibeydə Sadıqova artıq altı aydır davam edən məhkəməyə Sənayın gəlməsinə qarşı çıxırdılar. Səbəb kimi də onun təhsil almasını göstəriblər. Bu məqamda bəzi nüansları qeyd etmək lazımdır. Belə ki, 2021-ci ilin sentyabrın 11-i Zümrüd Yağmur hava limanından şəkil paylaşaraq Sənayın Riqa Ali Hüqüq Məktəbinə qəbul olduğunu və onu oxumağa göndərdiyini qeyd etmişdi.

Sonra Sənay və anası üzv olduqları feminist qrupun üzvləri ilə 2 dəfə xətm olunmuş işi yenidən ictimailəşdirərək təzəlikcə xəstə atasına qaraciyər donoru olan yaraları hələ sağalmamış Ə.Ağazadənin 19 oktyabrda tutulmasına nail oldular. Bu isə qanunsuzluğun ön pilləsidir. Çünki Əsgər 30% qaraciyərlə yaşayır. Haqqında həkim rəyi olmasına baxmayaraq, Baş Prokurorluğun qərarı ilə həbs olunub.

Hər dəfə Sənayın məhkəmə proseslərində iştirak edilməsi tələb olunanda təhsil aldığı üçün gələ bilmədiyi deyilirdi. Bu məsələyə biz də inanmışdıq. Baş Prokurorluq da Sənayın gəlib ifadə verməsini tələb edirdi. Əldə etdiyimiz məlumata görə, Sənay Qəhrəmanlı 2021-ci il 30 noyabrdan Azərbaycanda olsa da, istintaqdan gizlənib. Bundan əlavə, biz Riqa Ali Hüqüq Məktəbindən də öyrəndik ki, orada nə qiyabi, nə də distant təhsil var. Qız dekabrın 24-ü Baş Prokurorluğa verdiyi ifadədə isə oxumağı barədə ağız dolusu danışırdı.

Bakı Ağır Cinayətlər Məhkəməsində yanvar ayında gedən proseslərdə hakim Novruz Kərimov Sənayın ifadə verməsini tələb etsə də, yenə ana və vəkili hay-küy salaraq təhsil hüquqlarının pozulduğunu deyirdi. Az sonra belə məlum oldu ki, Sənay İstanbulda öz ampluasında LGTB üzvləri ilə birlikdə Türkiyə Prezidentinin əleyhinə çağırışlarda iştirak edir və hakim partiya əleyhinə divarlara şüarlar yazır”.

Onun sözlərinə görə, sonuncu məhkəmədə Sənayın dediyi sözlər indiyə kimi verdiyi ifadələr arasında bir çox ziddiyyətli məqamlar vardı. Hətta prokurorun verdiyi suallar belə Əsgərin günahsız olduğunu sübut etməyə yetərdi.

Sürəyya Ağayeva Sənay Qəhrəmanlının Türkiyədə Ayla Nur adlı qızla evləndiyini və bununla bağlı sübutlarının olduğunu deyib.

Qeyd edək ki, S.Ağayeva S.Qəhrəmanlının Ayla Nurla evləndiyini əks etdirən videoları da redaksiyaya təqdim edib.

Zümrüd Yağmurun mövqeyini dərc etməyə hazırıq.

Axar.az





4258 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___