Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
"Mədəni cibgirlik" - Hər ay "Həmkarlar"a niyə pul ödənilir ?!
Tarix: 28-06-2022 | Saat: 14:01
Bölmə:M / Karusel / Gündəm / Xəbəraz TV / Araşdırma | çapa göndər




Səttar Möhbalıyevin rəhbərliyi ilə Həmkarlar İttifaqları Konfederasiyasının xalqın başına "hördükləri corablar"dan Biz də, digər sosial medialar da dəfələrlə bəhs etmişik. Ancaq, nə yazıq ki, yazmaqla da bitmir. Hər dəfə yenilənən məlumatlar, bizi yenidən mövzuya qayıtmağa vadar edir.



Həmkarlar ittifaqları konfederasiyasının müqaviləsində üzvlüyün könüllü olduğu yazılsa da, dövlət idarələrində çalışanlar demək olar ki, buna məcbur edilir. Məsələn, bu barədə  danışan bir orta məktəbin müəllimi deyir, - "Hər ay əmək haqqımdan həmkarlara 2% tutulur. Mənə zərrə qədər xeyri olmayan bu quruma mən niyə pul ödəməliyəm?

Uzun illərdir çalışıram və hər ay da həmkarlara pul ödəyirəm, cəmi bircə dəfə mənə hədiyyə veriblər. Gəlib qutunu evdə açıb baxıram ki, baqquş, saqqız, sovurma... Hesabladım, cəmi 70 qəpiklik uşaq şirniyyatları. Əsəbləşib ərizə yazdım ki, "mən Həmkarlar təşkilatına üzvlükdən imtina edirəm". Məktəbimizdə fəaliyyət göstərən Həmkarlar təşkilatının sədri az qala mənə yalvardı ki, çıxmayım. Hətta, bunun üçün mənə pul da təklif etdi. Deyir, "Sən çıxsan mənə töhmət gələcək". Ona görə məcbur olub, ərizəmi geri götürdüm".

Dövlət Xəstəxanalarından birində çalışan həkim deyir: - "Naftalana gedəndə mən cibimin pulunu xərcləyirəm, baxmayaraq ki, illərdir həmkarlar təşkilatına hər ay əmək haqqımın iki faizini köçürürəm. Həmkarlar təşkilatının xətti ilə gedəndə oradakı müalicə prosedurlarının hamısı daxil deyil. Heç elə olanda normal xidmət də göstərilmir. Bir sözlə verdiyim pula dəymir. Bilmirəm bizim adımızı o təşkilata niyə yazıblar?!".

Başqa bir xəstəxanada məsul vəzifələrdən birində çalışan digər həkim deyir, - "Bircə dəfə həmkarlardan putyovka istədim. Dedilər "Naftalana yoxdur". Qubaya verdilər. Getdim gördüm nə xidmət , nə də şərait heç putyovkaya verdiyim pula dəymir. Sonradan eşitdim ki, sən demə Naftalana putyovka var imiş, <bizə vermirlər. Bizim adımızla götürüb 1200 (min iki yüz) manata başqalarına satırmışlar.
İşə alınan kimi birinci növbədə həmkarlara üzv edirlər, maaşımızdan hər ay çıxırlar. Bizim xeyrimiz nədir bəs burda?"

Bəli, qeyd edək ki, sözügedən qurumdan bu cür narazı olan vətəndaşların sayı minlərlədir. Onları dinlədikcə, adamı maraq götürür.
Doğrudan da Həmkarlar İttifaqları Konfederasiyasına üzv olmaq bu insanların nəyinə lazımdır ki, dövlət idarələrində hər kəs ora üzv edilir? Və qanunlarına görə könüllü olan bu quruma, dövlət idarələri niyə işə alınan şəxsləri avtomatik üzvlüyə cəlb edir?

Mövzuya qayıdacağıq.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az



4548 dəfə oxunub.

Digər xəbərlər
29-08-2015, 13:06 “Neft 60 dollar olacaq“
6-02-2017, 10:12 Bərdədə mağaza yandı

bütün xəbərlər
____ Instagram ___