Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
17 il və daha çox parlamentdə oturan 45 millət vəkilinin SİYAHISI - Milli Məclisin ən stajlı deputatları
Tarix: 24-06-2022 | Saat: 12:01
Bölmə:Karusel / Gündəm / Siyasət | çapa göndər


Azərbaycan Respublikasında hakimiyyətin qanunverici qolunu təmsil edən Milli Məclisə 1995-ci ildən bu günə kimi 6 dəfə seçkilər keçirilib. Hal-hazırda Milli Məclisdə 118 deputat təmsil olunur ki, onlardan əksəriyyətinə seçicilər tərəfindən iki və ya daha artıq dəfə etimad göstərilib.

Bundan əlavə Milli Məclisdə 1995-ci ildən etibarən fasiləsiz olaraq təmsil olunan, eləcə də ən azı 4 çağırışda deputatlıq mandatı qazanan millət vəkillərinin sayı da az deyil. Hal-hazırda parlamentdə təmsil olunan 8 deputat 6 çağırışdır ki, mütəmadi olaraq seçkilərdə qalib gəlib:

Fəzail Ağamalı, Ziyafət Əsgərov, İmamverdi İsmayılov, Eldar İbrahimov, Eldar Quliyev, Madər Musayev Vasif Talıbov və Mixail Zabelin 27 ildir ki, millət vəkilidirlər.

20 millət vəkilinə isə seçiləri tərəfindən 5 dəfə etimad göstərilib. Həmin deputatlar Nizami Cəfərov, Bəxtiyar Əliyev, Oqtay Əsədov, Əli Hüseynli, Rafael Hüseynov, Qüdrət Həsənquliyev, Fəzail İbrahimli, Məlahət İbrahımqızı, Azər Kərimli, Musa Quliyev, Aydın Mirzəzadə, Səttar Möhbalıyev Asim Mollazadə, Elman Məmmədov, Siyavuş Novruzov, Zahid Oruc, Sabir Rüstəmxanlı, Tahir Rzayev, Bəxtiyar Sadıqov və Səməd Seyidovdur.

Qeyd edək ki, siyahıda adı olan deputatlardan yalnız Sabir Rüstəmxanlı parlamentdə fasiləsiz olaraq təmsil olunmayıb.

Belə ki, Vətəndaş Həmrəyliyi Partiyasının sədri 5-ci çağırış üzrə Milli Məclisin tərkibində yer almayıb. Digər adları çəkilən millət vəkilləri isə 22 ildir ki fasiləsiz olaraq parlament kürsülərində əyləşiblər.

17 millət vəkilinə isə seçiciləri 4 dəfə etimad göstəriblər. Həmin deputatlar Ziyad Səmədzadə, Cavanşir Paşazadə, Qənirə Paşayeva, Əli Məsimli, İlham Məmmədov, Fazil Mustafa, Ülvi Quliyev, Rüfət Quliyev, Azay Quliyev, İsa Həbibbəyli, Sabir Hacıyev, Əhliman Əmiraslanov, Jalə Əliyeva, Rauf Əliyev, Adil Əliyev, Vahid Əhmədov, Novruzəli Aslanov, Aqil Abbasdır. Onlar 17 ildir ki, parlamentdə təmsil olunurlar.



Xəbəri paylaş

6798 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___