"Kamil həkim mənə deyir iş yoxdur, amma başqalarını pul ilə işə götürür" - İDDİA
Tarix: 23-06-2022 | Saat: 14:17
Bölmə:M / Karusel / Gündəm / Araşdırma | çapa göndər
Sabirabad rayonunun Qaragüney kənd sakini, eyni zamanda ikinci Qarabağ savaşının iştirakçısı Sübhan Cəfərov redaksiyasına müraciət edib.
Sübhan Cəfərov bildirir ki, iş üçün "Şirvan şəhər Mərkəzi Xəstəxanası" Publik Hüquqi Şəxsinin direktoru Kamil Əhmədova müraciət edib. Dediyinə görə mühafizəçi, yaxud sürücü işi üçün müraciət etdiyində direktor Kamil Əhmədov ona "iş yoxdur" cavabını verib. Lakin, Subhanın müraciətindən sonra sözügedən xəstəxanaya bir neçə nəfər onun çalışmaq istədiyi vakansiyalar üzrə işə qəbul edilib.
İşə alınan şəxsləri şəxsən tanıyan Sübhan Cəfərov iddia edir ki, işə alınan şəxslərin hər biri müəyyən məbləğ qarşılığında işlə təmin ediliblər. Hətta, işə alınanlar arasında ötən yayımlarımızda 'ölülərin adına sağlamlıq haqqında arayış verilməsi" mövzusunda adını çəkdiyimiz - sözügedən xəstəxanada şöbə müdiri olan Səadət Quliyevanın əmisi oğlu da var ki, Sübhan Cəfərov onun da rüşvət müqabilində işlə təmin olunduğunu bildirir.
Bəli... 44 gün vətən uğrunda düşmənlə üz-üzə ölümünə çarpışan, şücaətlərinə görə ölkə başçısı tərəfindən medallarla təltif olunan Sübhan Cəfərov hazırda işsizdir və özünün də dediyi kimi ailəsi, valideynləri də onun himayəsindədir.
Halbuki, ölkə başçısının xüsusi tapşırığı var ki, birinci növbədə müharibə iştirakçıları işlə təmin olunmalıdır. O zaman belə çıxır ki, Şirvan Şəhər Mərkəzi Xəstəxanası da daxil olmaqla, əksər dövlət müəssisələri prezidentin tapşırıqlarına məhəl qoymurlar.
Hər halda işsizlikdən gileylənən, intihara cəhd edən, Vətəndaşlıqdan imtina etmək istəyən işsizlərin sayının hər gün daha da artması belə düşünməyə əsas verir...
P.S: Qeyd edək ki, qarşı tərəf olaraq, "Şirvan ŞəhərMərkəzi Xəstəxanası" Publik Hüquqi şəxsinin direktoru Kamil Əhmədov ilə telefon əlaqəsi saxlayıb, Sübhan Cəfərovun iddiaları barəsində fikirlərini soruşduq.
Nazim Əhmədov 3 nəfəri yeni işə götürdüyünü etiraf etdi, lakin bunun rüşvət müqabilində olduğunu isə qəti şəkildə təkzib etdi.
Redaksiyamız hər kəsin söz haqqını tanıyır.
DogruXeber.az
2068 dəfə oxunub.
Digər xəbərlər

27-07-2019, 17:00
Azərbaycanda DƏHŞƏT: Ər 23 yaşlı arvadını qətlə yetirdi
26-03-2022, 11:35
"İçərişəhərdə o cür musiqi səsləndirilməsi məni dəhşətə gətirdi"
25-05-2016, 15:39
XİN: “Ermənilər BMT-yə hörmətsizlik edir”
2-07-2018, 16:25
Azərbaycanda daha bir körpə doğuş zamanı öldü
29-04-2016, 11:30
Bakıda ayı peyda oldu
17-06-2019, 14:10
ATV-dən İlkinlə bağlı açıqlama: İşinin başındadır
7-05-2019, 10:48
3 yaşlı uşaq faciəvi şəkildə öldü
6-04-2015, 21:42
Zabitimiz 1 milyon dollar üçün döyüşəcək
27-08-2020, 13:37
Millət vəkili də “nəvə toyu”nda iştirak edib? - Açıqlama
29-12-2019, 12:57
WADA nəticələri açıqladı - AAAF dünyada "liderdir" (FOTO)