Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Mövsümündən əvvəl yeyilən qarpız - yemiş təhlükəlidir - xəbərdarlıq
Tarix: 23-06-2022 | Saat: 11:40
Bölmə:Karusel / Səhiyyə | çapa göndər



İyun ayının əvvəlindən artıq bazar və mağazalarda qarpız-yemiş məhsulu satışa çıxarılıb. Ötən illərə nisbətən bu mövsümdə olan qiymətlər də xeyli sərfəli görünür. Məsələn, ötən illərdə bu vaxt yemişin kilosu 2-3 manata satılırdısa, indi qiymətlər təxminən 0,80-1,20 manat civarındadır. Qarpız isə bazarda cəmi 0,60-0,80 qəpiyə satılır. Qiymətlərin sərfəli olması alıcılıq qabiliyyətini də artırıb.

Lakin məlum məsələdir ki, bazarda artıq qarpız-yemiş satışı artsa da, məlum olduğu kimi, indiki mövsümdə satılan bu məhsullar əsasən mineral gübrənin köməyi ilə yetişir. Onların əsl yetişmə mövsümü isə iyul ayının sonlarından başlayır. İki ay yarıma ərsəyə gələn qarpızın yetişməsi üçün lazım olan temperatura yalnız həmin aylarda təsadüf olunur. Bəs mövsümündə satılmayan qarpız-yemiş məhsulunun insan sağlamlığı üçün hansı təhlükəsi ola bilər?

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov mövzu ilə bağlı "Yeni Müsavat"a danışıb. Ekspert qeyd edib ki, təmiz, gübrəsiz qarpızın çəkisi  5 kiloqramdan çox olmamalıdır:

"Qurumumuz illərdir ki, bu sahədə monitorinqlər aparır. Qarpız-yemiş yetişdirən şəxslər məhsulun böyük olması üçün çoxsaylı gübrələrdən istifadə edir. Təəssüf olsun ki, hətta mövsüm vaxtı belə istifadə olunan gübrələrin normadan artıq olması ilə qarşılaşırıq. Əhali bilməlidir ki, indi  qarpız və yemişin yetişdirilməsində külli miqdarda nitritlərdən istifadə olunur. Nitratsız qarpız tünd qırmızı rəngdə olur və qabığının qalınlığı yarım sm-dən artıq olmur, bıçağı vuran kimi partlayır. Adətən böyük qarpızlar tərkibində çox nitratı olanlardır.

Nitritlər insanı tədricən zəhərləyən kimyəvi maddələrdir.  Xüsusilə böyük ölçüdə rəngi çəhrayı olan qarpızlar gübrənin çox olduğunun göstəricisidir.

Ümumiyyətlə, mövsümün bütün vaxtlarında qarpız və yemişlərin tərkibində nitratlar olur. Çox təəssüf ki, Qida Təhlükəsizliyi Agentliyi buna çox da yaxşı nəzarət edə bilmir. Düşünürəm ki, bu məsələlər  həll olunmalıdır və insanlar xüsusən də qarpızı çox yeməməlidir. Çünki doza həddi aşılanda zəhərlənmə baş verə bilir".

"Ankara" klinikasının baş həkimi Zülfüqar Yusifov isə qeyd etdi ki, qarpız-yemişi mövsümündə, yəni iyulun sonuncu həftələrindən qəbul etmək daha doğrudur: "Ümumiyyətlə, meyvə və tərəvəzləri öz mövsümündə qəbul etmək daha faydalı və təhlükəsiz olur. Bir-iki on illiyə qədər adətən meyvə və tərəvəzləri mövsümündə qəbul edirdiksə, indi vəziyyət dəyişib. Ümumiyyətlə, dünyada belə bir tendensiya gedir, artıq süni, tez şəkildə yetişdirmələr geniş vüsət alıb. Meyvə və tərəvəzi mövsümündə qəbul etməyin üstünlüyü ondan ibarətdir ki, məhz həmin vaxt günəşin şüası, torpaqda olan mikroelement, gübrələr və sairə o dövr üçün həmin meyvə və tərəvəzin daha təbii və keyfiyyətli şəkildə ortaya çıxmasına kömək edir.

Beləliklə, yaxşı olardı ki, hər bir meyvə və tərəvəz onun yetişdiyi dövrdə qəbul olunsun. Yəni bir  həkim kimi bizim tövsiyəmiz bundan ibarətdir. Əgər insanlar daha tez qəbul etmək istəyirlərsə, o zaman istifadə qaydalarında diqqətli olmalıdır. Ən azından alındığı mağazada və yaxud digər məkanda necə saxlanılmasına, həmçinin harada yetişdirilməsinə diqqət etməlidir. Bunlar olmazsa, xüsusən də allergiyası, mədə-bağırsaq problemləri olan insanlar, o cümlədən də uşaqlar mövsüm çatana qədər istifadə etməsə daha yaxşı olar".

Onu da xatırladaq ki, bu mövsümdə satılan qarpızların qəbulu zamanı tez-tez zəhərlənmə halları baş verir. Mütəxəssislər qeyd edir ki, bu cür zəhərlənmə zamanı insanda qəfil halsızlıq, soyuq tər, təzyiqin qəfildən düşməsi kimi hallar müşahidə edilir. Bəzən də olur ki, qarpızdan zəhərlənən şəxsdə zəhərlənmənin fəsadları qalır. Buna görə də qarpızdan zəhərlənən şəxsə dərhal çoxlu maye içirtmək məsləhət görülür. Daha sonra əgər təzyiq düşübsə, onu soyuq tər basıbsa, zərərçəkənin başı aşağı vəziyyətdə qalmasını tənzimləmək lazımdır ki, başına qan getsin. İlkin yardımdan sonra dərhal həkimə müraciət edilməlidir.





Xəbəri paylaş

4748 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___