Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“BƏŞİR-PROQRESS”-in yalançı iş “proqressi” və əsassız pul iddialarına “CONSUL” MMC-dən aydınlıq gətirildi.
Tarix: 21-06-2022 | Saat: 13:32
Bölmə:M / Karusel / Gündəm / Araşdırma | çapa göndər


Hörmətli sayt rəhbərliyi, 18 iyun 2022-ci ildə sizin saytınızda, “Bəşir Proqress” MMC-nin direktoru Dilqəm Əliyevin şikayəti əsasında hazırlanmış yazı verilmişdir. Jurnalistikanın ən sadə və birinci qaydası olan “qarşı tərəfin fikrini öyrənmək, hər hansı bir şikayəti hərtərəfli araşdırmadan yaymamaq” olduğunu Sizin də bildiyinizdən əminik, lakin hansısa tələskənlikdən bu qayda nəzərə alınmamış və yazıda adı çəkilən “Consol” MMC olaraq bizdən məsələyə münasibət öyrənilməmişdir. Bununla belə, biz həm Siz jurnalistlərə, həm də ictimaiyyətə aydın olsun deyə bu məsələyə açıqlıq gətirmək istədik. Əks halda ölkə ictimaiyyəti bir yalan danışan insanın ucbatından səhv məlumatlana bilər ki, bu da sizin əlinizlə edilmiş olacaq. Əsası böyük Zərdabi tərəfindən qoyulmuş Azərbaycan jurnalistikasına belə bir hal yaraşmaz. Ona görə də biz sənəd və faktlara dayanan həqiqəti sizin vasitənizlə xalqa çatdırmaq qərarına gəldik. Hər yalanın içində bir faiz də olsa doğru var deyiblər. Dilqəm Əliyevin şikayətində də belədir. Cəmi bir doğru fakt var o da “Consol” MMC ilə müqaviləsinin olması. Qalan iddialar və şikayət başdan ayağa yalan və uydurmadır. Əslində nə baş verib aydınlaşdıraq. 27 dekabr 2021-ci ildə “Consol” MMC ilə “Bəşir Proqress” MMC arasında Mingəçevir şəhərində kanalizasiya şəbəkəsi üzrə ümumi dəyəri 170.135. (yüz yetmiş min yüz otuz beş) manat olan işlərin görülməsi üçün müqavilə bağlanılıb. Müqaviləyə əsasən “Bəşir Proqress” MMC bütün işləri tamami ilə öz hesabına görüb təhvil verməli, o cümlədən işlərin görülməsi üçün lazım olan texnika və avadanlıqları da təmin etməli idi. (Müqavilə və onun 1 nömrəli əlavəsinin sürətini sizə göndəririk.) İşin görülməsinə 4 yanvar 2022-ci il tarixindən başlanılıb. Bu tarixdən 14 fevral tarixinə kimi, Sifarişçi Azərsu ASC tərəfindən işlə bağlı hər 4-5 gündən bir fotoşəkillərlə əks olunan hesabatlar var. Bu hesabatlara baxdıqda “Consol” MMC-nin, yəni “Bəşir Proqress” şirkətinin gördüyü iş faizinin qarşısında böyük bir 0 (sıfır)-dan başqa heç nə olmadığını siz də görəcəksiniz. Bu o deməkdir ki, bir ay on gün müddətində “Bəşir Proqress” MMC bircə metr belə kanalizasiya borusu çəkməyib. (Bu hesabatları da sizə göndəririk) Belə olan halda, hansı şirkət iş görməyən, yarıtmaz bir şirkətlə iş birliyinə davam edərdi ki? “Bəşir Proqress”-in sıfırları sizin şirkətin və ya sizin adınızın qarşısına qoyulsa, siz razı olardınızmı? Əlbəttə ki, yox! Gələk digər məsələlərə. Dilqəm Əliyev şikayətində “Consol” MMC tərəfindən dörd aydır ki, əmək haqqlarının verilmədiyini, heç bir ödəniş olmadığını yazır. Deyəsən hörmətli suppodratçımız hansı əsrdə yaşadığını yaddan çıxarır. Halbuki, heç orta əsrlərdə də belə yalan danışmaq olmazdı. Həm də bank və pul ödənişi kimi həssas məsələdə. “Consol” MMC müqavilə bağlandıqdan dərhal sonra, 29 dekabr 2021-ci il tarixində Bəşir Proqress MMC-yə 15 000 (on beş min) manat avans olaraq pul göndərib. Bu pulun 10 000 (on min) manatı şəxsən şikayətçi Əliyev Dilqəm Bayram oğlu tərəfindən, 5 000 (beş min) manatı isə, şikayətçinin qardaşı Əliyev Tacəddin Bayram oğlu tərəfindən bankdan götürülüb. Bununla bağlı bank sənədlərinin üzünü də sizə göndəririk. Ödəmələr bununla da bitməyib. 25 yanvar 2022-ci il tarixində, müqaviləyə əsasən “Bəşir Proqress” MMC tərəfindən təmin olunmalı olan “Vibro çəkic OVR-60” – avadanlığının 20 günü üçün 4000 (dörd min) AZN, 8 metrlik 21 ədəd metal şpuntlar üçün isə 11000 (on bir min) manat, cəmisi 15 min manat pul “Consol” MMC tərəfindən ödənilib. Bu da son deyil, “Bəşir Proqress” MMC-nin işlətmək adı ilə 12 yanvardan gətirib 12 fevraladək iş sahəsində məşğul etdiyi və boşuna pul yazdırdığı “Hyundai 32 ton” markalı, AZ 10-BC-311 nömrə nişanlı ekskavator üçün 7500 (yeddi min beş yüz) AZN aylıq icarə haqqını və bu tarixlərdəki mühafizəçi Sofiyev Mustafa üçün 300 (üç yüz) manat əmək haqqını da müqaviləyə əsasən “Bəşir Proqress” MMC ödəməli olduğu halda, “Consol” MMC ödəyib. Bununla bağlı da müvafiq sənəd, “Hesablaşma akt”-ının sürəti sizə göndərilir. Dilqəm Əliyevin öz şikayətində qeyd etdiyi “Forma-2”, yəni görülən işlərin qəbulu aktı isə cəmi bircə dəfə, 15 fevralda təqdim olunub ki, sürətini sizə də göndərdiyimiz bu sənəddən də göründüyü kimi, “Bəşir Proqress” MMC cəmi –cümlətanı 3863,43 (üç min səkkiz yüz altmış üç manat qırx üç qəpik) AZN-lik iş görüb. Həm də avans və xərc kimi verilən 37 800 (otuz yeddi min səkkiz yüz) AZN –in qarşılığında. Bəli, Dilqəm Əliyev və onun “Bəşir Proqres” MMC –si bizə, yəni “Consol” MMCyə düz otuz yeddi min səkkiz yüz AZN zərər vurub və bu zərər bu günə qədər də ödənilməyib. Vəziyyətin belə olduğunu görən “Consol” MMC əvvəlcə öz suppodratçısına xəbərdarlıq edib. Bu xəbərdarlıqdan heç bir nəticə çıxmadığını gördükdə, 16 fevral 2022-ci il tarixdə “Consol” MMC ilə “Bəşir Proqress” MMC arasında bağlanmış müqaviləyə xitam verilib. Bax belə. Biz növbəti dəfə oğrunun bağırmasından, doğrunun bağrı yarılmasın deyə, haqq ədalət öz yerini tutsun deyə səy göstərdik. İnşallah ki, alınar. Sonda qeyd edək ki, məsələnin digər tərəfi, yəni Dilqəm Əliyevin olunan bu qədər yaxşılıq qarşılığında niyə şikayət etdiyi, nəyə görə bu videonu çəkdiyi bizə də maraqlı gəldi. Azacıq araşdırdıqda məlum oldu ki, əslində şikayətçi qiyafəsində bizim gözümüzə görünən Dilqəm Əliyev iş sektorundakı saysız yarıtmazlıqları ucbatından özü şikayətlər içində itib batır. Hətta şikayətlər o qədər çoxdur ki, işə Mingəçevir polisi də qarışıb və Dilqəm Əliyevi işini yarıtmadığı adamlarla və təşkilatlarla bağlı möhkəm tənbeh edilib. Ona şikayətləri aradan qaldırması üçün vaxt veriblər. Şikayətlərin “proqressində” boğulan “Bəşir Proqress” rəhbəri isə, şikayətləri aradan qaldırmağın yolunu özü şikayət etməkdə görüb. Məsələnin tam mahiyyətini öyrənmək, bunun üçün sorğular vermək siz jurnalistlərin və sayt rəhbərlərinin səlahiyyətində olduğundan biz burada sözümüzü yekunlaşdırırıq. Sizdən isə xahiş edirik ki, məsələni diqqətdə saxlayıb, həm bizləri həm də ictimaiyyəti bilgiləndirəsiniz. Hörmətlə: “Consol” MMC –nin layihə rəhbəri Həmzə Məsi oğlu Nəzərov.




Xəbəri paylaş

6608 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___