Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Ucuzdur deyə alıb yediyimiz çərəz ən zərərli elan edildi
Tarix: 20-06-2022 | Saat: 10:55
Bölmə:Karusel / Maraqlı | çapa göndər


Araxis və ya yer fındığı ən zərərli çərəzlərdən hesab olunur.

Bu barədə rusiyalı dietoloq Svetlana Pançenko xəbərdarlıq edib.


"Araxis əslində paxlalılar ailəsinə aiddir və yerdə bitir. Mənfi cəhətlərdən biri - ən çox güclü allergenlərdən biri hesab olunmasıdır. Torpaqda böyüdüyündən, o, tez-tez insan sağlamlığına mənfi təsir göstərə bilən kif göbələklərinin , bu isə insan səhhətinə mənfi təsir göstərə bilər", - deyə Pançenko izah edib.

O, istənilər qoz-fındıqların tərkibində də, araxisdə də fitin turşusu olduğu barədə xəbərdarlıq edib:

"Bu qidada olan bir sıra mikroelementlərin, məsələn, dəmirin mənimsənilməsinə mane olur. Buna görə də, çiy qoz-fındıqları yeməkdən əvvəl bir neçə saat isladıb sonra qurutmaq daha yaxşıdır", - deyə diyetoloq sözlərini yekunlaşdırıb.

Qeyd edək ki, sadalanan xüsusiyyətlərə baxmayaraq, yerfındığının bir sıra faydalı xüsusiyyəti də var. Araxis mərci, lobya, noxud, soya kimi bitkilərin yaxın qohumudur, bu səbəbdən ürək və damarlar üçün çox faydalı məhsuldur.

Araxis yeyən insanlarda ürək-damar sistemi xəstəliklərinin və bu xəstəliklərdən ölümün riski 30% azalır. Alimlər bunu araxisin tərkibində olan maqnezium, fitosterol və fol turşusu ilə izah edirlər.

Maqnezium - damarları genişləndirir və bununla da arterial təzyiqi aşağı salır. Bu isə bir çox ürək-damar sistemi xəstəliklərinin profilaktikasıdır.

Fitosterol - pis xolesterolun səviyyəsini aşağı salır və bununla da aterosklerozun inkişafının qarşısını alır. Ateroskleroz zamanı damarlarda xolesterol yığılır ki, nəticədə damarlar daralır, onların elastikliyi pozulur. Ateroskleroz ürək-damar sistemi xəstəliklərinin əsas səbəbi sayılır./Milli.Az




2338 dəfə oxunub.

Digər xəbərlər
29-07-2015, 14:57 Toyda "Yas" düşdü...

02-07-2022
bütün xəbərlər
____ Instagram ___