Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Dövlət imtahanı ləğv olunmalıdır - DEPUTAT
Tarix: 27-05-2022 | Saat: 12:11
Bölmə:Karusel / Təhsil / Gündəm | çapa göndər

Azərbaycanda ali məktəblərin sonuncu kurs tələbələri dövlət imtahanının ləğv olunmasını tələb edirlər. Sosial şəbəkələrdə minlərlə gənc bununla bağlı tələb irəli sürüb. Tələbələr dövlət imtahanlarının ləğv olunması üçün Təhsil Nazirliyinə müraciət ünvanlayıblar.

 

Bəs, dövlət imtahanları ləğv oluna bilərmi?

 

Bu barədə açıqlama verən Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Etibar Əliyev hesab edir ki, dövlət imtahanı süni maneədir:

 

“Azərbaycan universitetləri 2005-ci ildən Bolonya bəyannaməsinə qoşulublar. Bəyannamədə göstərilir ki, tələbə bakalavr pilləsini bitirmək üçün 240 kredit toplamalıdır. Tələbə 240 krediti toplayıbsa, ixtisas fənnlərindən də müvəfəqiyyət əldə edibsə, dövlət imtahanına heç bir ehtiyac yoxdur. Uzun illər dövlət imtahanında yol verilən neqativ hallar onun göstərir ki, bu üsula son qoymaq lazımdır. Dünyadakı ali məktəblərin hansında yaxşı təcrübə varsa, ona istinad etmək lazımdır. Tələbə üçün süni maneə yaratmaq olmaz”.

 

 

Deputat vurğulayıb ki, Bolonya bəyannaməsinə qoşulan ölkələrdə bakalavr təhsilini bitirdikdən sonra dövlət imtahanı keçirilmir:

 

“Məncə, Təhsil Nazirliyi və ali məktəblər bu məsələ barədə lazımi addımlar atmalıdır. Bakalavr pilləsini bitirdikdən sonra ixtisasdan hər hansı bir işin yazılması məcbur sayıla bilər, ancaq bunun adı dövlət imtahanı olmamalıdır. Gənclər universiteti bitirib, işə qəbul üçün də imtahan verirlər. Bu qədər imtahanın olması absurddur”.  




2808 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___