Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Məktəb qan gölünə döndü: 21 ölü - ABŞ matəmdə- FOTO
Tarix: 25-05-2022 | Saat: 12:32
Bölmə:Karusel / Dünya / Hadisə / Foto-fakt | çapa göndər



ABŞ Prezidenti Cozef Bayden çərşənbə axşamı Texasın Uvald şəhərində orta məktəbdə atışma qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq ölkədə və xaricdəki hökumət binalarında bayraqların yarıyadək endirilməsini əmr edib.

"ABŞ bayraqlarının 2022-ci il mayın 28-də gün batana qədər Ağ Evin üzərində, eləcə də bütün dövlət binalarında və ərazilərində endiriməsini əmr edirəm", - dövlət başçısının sərəncamında deyilir. Bu, bütün səfirliklərə, hərbi bazalara və gəmilərə də aiddir.

Ağ Evdən bildirilib ki, Bayden çərşənbə axşamı Texasda baş verənlərlə bağlı açıqlama verəcək.

ABŞ Prezidenti Co Bayden Uvald şəhərində (Texas) ibtidai məktəbdə baş verən atışma barədə məlumatlandırılıb, həlak olanların və yaralananların ailələrinə başsağlığı verib. Ağ Evin mətbuat katibi Karin Jan-Pyerin sözlərinə görə, çərşənbə axşamı Amerika lideri insidentlə bağlı açıqlama yayacaq.

"Prezident Bayden Texasda ibtidai məktəbdə atışma ilə bağlı dəhşətli xəbərlə bağlı məlumatlandırılıb və (yeni) məlumatlar əldə olunduqca müntəzəm olaraq məlumatlandırlmağa davam edəcək. O, bu axşam Ağ Evə qayıdanda açıqlama verəcək", mətbuat katibi tviterdə yazıb.

Texas ştatının Uvald şəhərində orta məktəbdə baş verən atışma nəticəsində 15 nəfər həlak olub. Həlak olanlardan 14-ü şagirdlər, 1-i müəllimdir.

Hadisəni törədən cinayətkar polis tərəfindən zərərsizləşdirilib.




Xəbəri paylaş

6718 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___