ŞOK İDDİA: Bu ədviyyat acı xatirələri silir
Tarix: 21-05-2022 | Saat: 11:35
Bölmə:Karusel / Maraqlı | çapa göndər
2348 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 21-05-2022 | Saat: 11:35
Bölmə:Karusel / Maraqlı | çapa göndər

Sarıkök adətən xörəklərə dad və rəng vermək üçün istifadə edilən ədviyyatdır.
Amma aparılan araşdırmalar sarıkökün, eyni zamanda, insan orqanizmində inanılmaz dəyişikliklərə səbəb olduğunu ortaya çıxarıb.
Amerikada aparılan bir araşdırma zamanı məlum olub ki, sarıkök insan beynindəki pis xatirələri silir. Siçanlara müəyyən bir səs eşitdirərək onları qorxudurlar. Siçanların qorxduqda donub qaldıqları müşahidə edilib. Bir neçə saat sonra sonra yemək verib, ardından yenə eyni səsə məruz qoyduqları siçanların yenidən qorxaraq və donub qaldıqları müşahidə edilib. Sarıköklü qidalar verilən siçanlar isə eyni səsə təkrar məruz qaldıqda qorxmayıblar. Bu araşdırmadan yola çıxaraq, elm adamları sarıkökün qorxunun səbəb olduğu pis xatirələri sildiyini iddia edir.
Onların fikrincə, bu sınaq, travma nəticəsində stress pozuqluqları kimi psixoloji narahatlıqların müalicəsi üçün yeni bir üsul yaradılmasına kömək edəcək.
Diabet diaqnozu qoyulan 60 yaş üzəri qadın və kişilərin qatıldığı bir araşdırmada elm adamları tərəfindən sarıkökün yaddaşa təsiri də araşdırılıb. İştirakçılara nahardan əvvəl və bir neçə saat sonra yaddaş testi edilib. Səhər naharında sarıkök qəbul edən iştirakçıların yaddaş testində daha müvəffəqiyyətli olması ortaya çıxıb.
Sarıkökün faydaları nələrdir?
Aparılan araşdırmalar sarıkökün xərçəngə qarşı mübarizə apardığını ortaya çıxarıb. Qəbul edilən qidalarla əlaqədar olaraq qadınlarda estrogen hormonunu təqlid edən kimyəvi maddələr müşahidə edilir. Sarıkök bu kimyəvi maddələri təsirsiz hala gətirir. Estrogen hormonunu təqlid edən kimyəvi maddələrin təsirsiz hala gətirilməməsi, döş xərçənginin başlamasına səbəb olur.
Sarıkök aşağıda sadalanan xərçəng növlərinə qarşı da mübarizə aparır:
- Qida borusu xərçəngi
- Ağciyər və prostat xərçəngi
- Bağırsaq xərçəngi
- Qaraciyər xərçəngi
- Bağırsaqlarda polip yaranması
- Döş xərçəngi
Digər xəbərlər
6-08-2021, 10:13
İki yaşlı oğlunu beşinci mərtəbədən atan ata - "Onu müalicə etməyə çalışdım" - VİDEO - FOTO
16-11-2015, 23:56
Əli Həsənov: Azərbaycan müstəqil siyasət həyata keçirir
12-07-2020, 21:53
Düşmənə sarsıdıcı zərbə endirilib - Nazir müavini
19-12-2018, 17:51
Televiziya aparıcıları hansı səhvləri edir?
17-12-2016, 11:46
49 yaşlı Xalq artistinin elə görüntüsü yayıldı ki... - FOTO
22-04-2016, 15:06
ABŞ ordusu 3 zirehli maşın itirdi — VİDEO
12-08-2019, 15:22
Qəssablar arasında qiymət üstündə bıçaqlanma: iki nəfərin vəziyyəti ağırdır - FOTO
10-05-2016, 10:15
Pirallahıda RQD və F-1 qumbarası tapıldı
22-03-2016, 19:17
Tovuzda İki uşaq atası özünü asdı