Məktəblilər ciddi təhlükədə - Əksər abituriyentlər potensial nevrozdurlar
Tarix: 21-05-2022 | Saat: 11:34
Bölmə:Karusel / Təhsil | çapa göndər
2878 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 21-05-2022 | Saat: 11:34
Bölmə:Karusel / Təhsil | çapa göndər

Son zamanlar şagirdlərin dərs yükünün çox olması, ev tapşırıqlarının ağırlığı onlarda bir sıra psixoloji və nevroloji problemlərin yaranmasına səbəb olub.
Mövzu ilə bağlı danışan həkim-nevroloq, Avropa Nevrologiya Akademiyasının üzvü Qalib Əsədov məsələnin ciddi xarakter daşıdığını vurğulayıb.
O, qeyd edib ki, bu kimi problemlər şagird sağlamlığı üçün ciddi fəasadlar yaradır:
“Günümüzdə tətbiq edilən təhsil sistemində repetitorlarla işləmək məsələsi düzgün qurulmayıb. Şagirdlərin beyni həddindən çox yüklənir, istirahət mexanizmləri düzgün tənzimlənmir.
Onlarda xroniki yorğunluq sindromu adlanan hal yaranır. Bu gün yuxarı sinif şagirdlərinin əksəriyyəti həmin problemlərdən əziyyət çəkir. Bəzən, abituriyentlərin qəbul imtahanlarında yüksək bal toplamamasına səbəb məhz həmin sağlamlıq məsələləridir”.
Nevroloq bu kimi problemlərdə təhsilverənlərin də günah payını qeyd edir:
“Hətta bir çox mənasız testlər vasitəsi ilə şagirdlər yüklənilir. Bəzi repetitorlar hansısa fənnin mahiyyətini izah etmək əvəzinə, şagirdlərin vaxtlarını testlər vasitəsi ilə alırlar. Onlara şeir əzbərlədən kimi test əzbərlədirlər. Başa düşmədən hansısa problemi əzbərlətmək beyinin həddindən çox işləməsinə səbəb olur”.
O, qeyd edib ki, hazırda təhsil sahəsində çox sayda problemlər var:
“Düşünürəm ki, bu gün təhsil sistemində kifayət qədər ciddi problemlər var. Onun keçirilmə qaydası şagirdlərlə bağlı çox əsaslı məsələlər yaradır. Bu, həm məktəblilər üçün, həm də biliklərin mənimsənilməsi cəhətdən zərərlidir. Sağlamlıq baxımından da olduqca ziyanverici xarakter daşıyır”.
Nevroloq vurğulayır ki, abituriyentlərin əksəriyyəti nevrozdan əziyyət çəkir:
“Günümüzdə abituriyentlərin əksəriyyəti potensial nevrozdur. Ya qorxu hissi keçirir, ya da ki, depresiyaya meyil göstərirlər. Bu, da beyinin istirahət mexanizminin düzgün təşkil olunmamasına gətirib çıxarır.
Bu kimi problemlərlə yalnız abituriyentlər deyil, ibtidai siniflər də qarşılaşır. Birinci sinif şagirdlərinə çətin mövzular vermək və onlardan bunun qavranılmasını gözləmək heç də uyğun deyil. Həmin uşaqlara nağıl və asan anlaşılan dərslər keçirilməlidir. Elə fənlər tədris olunmalıdır ki, onlar uşağın yadında qalsın, maraqlı olsun. Kitab və dərsliklərə baxdıqda müşahidə olunur ki, onlar senzuradan keçməyib. Təhsil sahəsində çox ciddi problemlər var. İstər dərslik, istərsə də onların tətbiqi ilə bağlı çox ciddi mənfiliklər yaşanır.
Beyinin həddindən çox yüklənməsi savada deyil, savadsızlığa aparır. Ona görə də yeni yetişən nəsildə savadlı olmayan şəxslərin sayı çoxdur, çünki tədris sistemi düzgün deyil”.
Digər xəbərlər
16-03-2015, 17:52
Putinin qəbul etdiyi İslam...
11-12-2015, 17:42
Viktoriya Eva Karneyrodan dünyannı ən gözəl həkimi – FOTO
26-12-2015, 11:13
Dünya çempionunun hamını əsəbiləşdirən hərəkəti (VİDEO)
31-05-2021, 21:46
BSU-da 140 min manatın QARANLIQ TALEYİ - Rektor Dürdanə Əliyevanı ev dustağına çevirib?
26-09-2015, 12:50
Kadırov: Məkkədə baş verən faciə Allahdan böyük hədiyyədir
13-09-2018, 18:32
Ərdoğan Nazarbayevi türk dünyasının ağsaqqalı adlandırdı
30-04-2016, 15:54
Qarabağlı jurnalistlər qələmlərini süngüyə çevirməyə hazırdımı? SORĞU
23-08-2017, 11:28
Ramil Səfərovdan düşmənə MESAJ: “Əzəcəyik”
1-02-2019, 10:19
Babək prospektində nə baş verib? - RƏSMİ AÇIQLAMA
24-08-2017, 10:52
Leyla Əliyeva da “Qarabağ”dan yazdı