Dünyanı qorxuya salan "meymun çiçəyi" virusu: Əlamətləri nədir?
Tarix: 21-05-2022 | Saat: 11:32
Bölmə:Karusel / Gündəm / Səhiyyə / M2 | çapa göndər
Xəbəri paylaş
4798 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 21-05-2022 | Saat: 11:32
Bölmə:Karusel / Gündəm / Səhiyyə / M2 | çapa göndər
"Meymun çiçəyi” virusu hər 100 nəfər xəstədən 5-6 nəfərin ölümü ilə nəticələnir”.
Bunu açıqlamasında tibb elmləri doktoru, infeksionist Vüqar Cavadzadə Böyük Britaniya, Portuqaliya və İspaniyaya yayılan "meymun çiçəyi”nin əlamətləri barədə danışarkən deyib. İnfeksionist bidirib ki, hazırda Avropanı zəbt etməyə başlayan bu xəstəliyin ölkəmizə də çatmaq təhlükəsi var:
"Meymun çiçəyi” viruslar tərəfindən törədilir. Bu virus ilk dəfə keçən əsrin 50-cı illərində aşkar edilib. Əsasən də Afrika ölkələrinə yayılır. Meymun çiçəyinin əlamətləri insanın yoluxmasından iki həftə sonra özünü göstərir.
Ümumi əlamətlər, qızdırma, baş ağrısı ilə özünü göstərir. Əsas əlamətlərindən biri də səpkidir. Səpki tədricən inkişaf edib, irinləyir. Sağalmadan sonra da yerində çapığı qalır. Ağır hallarda xəstələrdə yüksək temperatur, infeksion toksiki şok baş verir. Ədəbiyyat məlumatlarına görə bu xəstəliyə tutulan hər 100 nəfərdən təxminən 5-6 nəfəri ölür”.
Amma həkimin fikrincə, meymun çiçəyi pandemik infeksiya deyil:
"Tək-tək rast gələn xəstəlik olub. Avropada bu xəstəliyin yayılması elm və texnikanın infeksiyanın yayılmasında oynadığı rolla bağlıdır. İnsanların qarşılıqlı miqrasiyası, turistik səfərlər belə infeksiyaların dünyaya yayılmasına səbəb olur. Hələlik ölkəmizdə bu xəstəliyə rast gəlinməyib”.
Xəbəri paylaş
Digər xəbərlər
4-01-2023, 11:21
Sərnişinlər də kəmər taxmalıdır - DYP
17-03-2019, 11:41
Əli İnsanov azadlığa buraxıldı - Foto Sabiq
19-06-2015, 15:42
Sahibini qulağından tanıyan telefon
11-12-2016, 15:01
İstanbuldakı partlayışda "Beşiktaş"ın əməkdaşları da ölüb - FOTOLAR
29-01-2016, 18:21
Sumqayıtda avtobus qızın üstündən keçdi (REAL VİDEO+18)
8-08-2016, 23:58
Uşağı kompüterdən ayırmağın 5 yolu.
18-11-2016, 16:51
DİQQƏT: WhatsApp-da görüntülü danışıqla bağlı FIRILDAQ
22-06-2023, 11:33
Şakira yenə Pikedən DANIŞDI: "Öpüşmək üçün təyyarəni endirdim"