Böyük Britaniyanın Liverpul şəhər sakini 33 yaşlı Loren Makqreqor 2 il əvvəl beyin şişindən dünyasını dəyişən ərindən hamilə qalıb.
Qadın özü bu barədə açıqlama verib.
Makqreqorun dediyinə görə, əri Krisdə 2013-cü ildə beyin şişi aşkarlanıb:
"Krisə bu diaqnoz qoyulanda mənə telefonla zəng etmək istəyib, həyəcanlı olduğundan adımı xatırlaya bilməyib. Dərhal müayinə üçün həkimə üz tutub. Həqiqətən də onun beynində şiş üzə çıxıb".
Kris əməliyyat olunub, şişin 95 faizi çıxarılıb. Lakin xəstəlik 2016-cı ildə, daha sonra isə 2019-cu ildə yenidən özünü büruzə verib. COVID-19 pandemiyası ilə bağlı həkim Krisin immun sisteminin zəifləməməsi üçün kimyaterapiyanı dayandırmağı tövsiyə edib. Şiş tədricən böyüməyə başlayıb və 2020-ci ildə Kris vəfat edib.
Loren ərinə çox sadiq qadın olub. O, Krisin bu şişdən öləcəyini yəqin etdiyindəın bir neçə il əvvəl ondan uşaq sahibi olmaq üçün spermasını həkim nəzarəti altında dondurulmuş xüsusi qabda saxlayıb. Dəfndən doqquz ay sonra o, süni mayalanma haqda qərar verir. 2021-ci ilin sentyabrında prosedur uğurlu olub və Loren körpəsini doğmaq ərəfəsindədir.
Loren gələcəkdə bu yolla bir neçə dəfə də hamilə qalacağını istisna etmir. O, əlavə etdi ki, o və əri həmişə uşağa sahiblənmək arzusunda olublar.
ŞOK HADİSƏ: Qadın 2 il əvvəl ölmüş ərindən HAMİLƏ QALDI
Tarix: 21-05-2022 | Saat: 11:30
Bölmə:Karusel / Hadisə / Dünya | çapa göndər
3068 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 21-05-2022 | Saat: 11:30
Bölmə:Karusel / Hadisə / Dünya | çapa göndər
Digər xəbərlər
6-08-2019, 19:20
Sumqayıtda xəstəxana direktorunu bıçaqlayan həkim həbs edildi
12-03-2016, 09:46
Aygün Kazımova: "Münasibətim olmasa da, ona nifrət bəsləmirəm"
17-05-2021, 16:41
Bəzi yerlərdə xarici dil səslənməsində problemlər olub - Buraxılış imtahanları ilə bağlı narazılıqlar qalmaqdadır
26-09-2018, 13:35
Ölüləri qəbiristanlıqdan kənarda basdıran şəxslər cəzalandırılacaq
28-04-2016, 11:45
3 yaşlı uşaq hündürlükdən yıxılaraq ölüb - Neftçalada
4-04-2016, 21:26
ABŞ səfirliyi vətəndaşlarına Qarabağa səfər etməməyi məsləhət görüb
23-06-2019, 10:04
Müğənni və ailəsi də "Megafun"da xəsarət aldı:"Dəhşət idi..."
15-09-2017, 11:56
Bakıda qardaşının evinə qonaq gələn şəxsin DƏHŞƏTLİ SONU
16-06-2016, 17:22
Naxçıvana uçan təyyarə geri qaytarıldı - Səbəb
15-06-2016, 12:55
Avtomobil yol kənarındakı ağaca çırpıldı: 1 ölü, 1 yaralı