Bakıda DYP avtomobilini qəsdən vuran şəxs həbs edilib.
Hadisə bir neçə gün əvvəl paytaxtın Yasamal rayonu ərazisində baş verib. Belə ki, 1985-ci il təvəllüdlü Fuad Ovadoğlu gecə saat 00:20 radələrində Mətbuat prospektində "Saipa Sanina" markalı avtomobillə hərəkətdə olarkən qəza şəraiti yaradıb.
Avtomobilin təhlükəli manevrlər etdiyini görən DYP əməkdaşları onu saxlamağa çalışıb. Bu zaman 37 yaşlı sürücü yol polisinin qanuni tələbinə məhəl qoymayaraq hərəkətini davam etdirib. Yol polisi əməkdaşları "BMW 328" markalı xidməti maşınla onu təqib edərək saxlamağa çalışıblar. Onlar saat 00:30 radələrində Fuad Ovadoğlunun sürdüyü avtomobili Mətbat prospekti ilə S.Dağlı küçəsinin kəsişməsində saxlamaq istəyərkən həmin şəxs maşını qəsdən yol polisi avtomobilinin üstünə sürüb. Nəticədə bir-birinə çırpılan avtomobillərə ciddi ziyan dəyib və yararsız hala düşüb.
Əraziyə cəlb edilmiş polis əməkdaşlarının iştirakı ilə hadisəni törədən şəxs saxlanılıb. Məlum olub ki, o, sərxoş vəziyyətdədir.
F.Ovadoğlu barəsində İnzibati Xətalar Məcəlləsinin 333 və 535-ci (nəqliyyat vasitəsini sərxoş halda idarə etmə və polisin qanuni tələbinə qəsdən əməl etməmə) maddələri ilə protokol tərtib edilib və o, Yasamal Rayon Məhkəməsinə göndərilib.
Yasamal Rayon Məhkəməsinin hökmü ilə F.Ovadoğluna 20 sutka inzibati həbs cəzası verilib.
Avtomobilini qəsdən DYP maşınının üstünə sürüb qəza törətdi
Tarix: 21-05-2022 | Saat: 11:26
Bölmə:Karusel / Hadisə | çapa göndər
Xəbəri paylaş
4268 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 21-05-2022 | Saat: 11:26
Bölmə:Karusel / Hadisə | çapa göndər
Xəbəri paylaş
Digər xəbərlər
14-10-2022, 09:58
Azərbaycana qar yağıb - FOTO
29-10-2016, 10:04
100 manatlıq motosikletə 700 manatlıq cərimə yazıldı (VİDEO)
31-03-2015, 22:09
İŞİD-dən növbəti edam- dəhşət
22-06-2015, 17:19
YENƏ QƏZA OLDU VƏ YENƏ ÖLƏN VAR
13-06-2017, 19:04
Bu gecə Birinci əhya gecəsidir (Gecə ilə əlaqədar tövsiyələr)
3-04-2018, 11:42
Jurnalistin atasını öldürən AZAL işçisi ilə bağlı QƏRAR verildi
27-11-2017, 16:40
Omar Momani "Qarabağ" forması ilə – FOTO
7-04-2017, 15:14
Rusiya Müdafiə Nazirliyi: ABŞ-dan izahat gözləyirik
23-02-2016, 20:21
2 sot torpaq sahəsi, Zabrat-1 qəs.
27-12-2015, 16:45
“Yumurta 32 qəpiyə olub”-YARMARKADAN REPORTAJ