Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Ədliyyə Nazirliyi Penitensiar Xidməti əməkdaşlarının birgə fəaliyyəti nəticəsində əvvəlki illərdən bağlı qalmış daha bir xüsusilə ağır-qəsdən adam öldürmə cinayətinin üstünün açılması təmin edilib.
Baş Prokurorluqdan verilən məlumata görə, 07 iyul 2017-ci il tarixdə Quba rayonunun Küpçalqışlar kəndi ərazisindəki Qudyalçayın üzərindəki körpünün altında yandırılıb VAZ-2106 markalı avtomobilin içərisində Xaçmaz rayon sakinləri 1984-cü il təvəllüdlü Rəhman İşıqov və 1998-ci il təvəllüdlü Ülviyyə Məmmədovaya məxsus yanmış meyitlərin aşkar olunması faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb istintaq aparılsa da, cinayəti törətmiş şəxsi (şəxsləri) müəyyən etmək mümkün olmadığından iş üzrə icraat dayandırılıb.
Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən cinayət işi yenidən öyrənildikdən sonra 25.04.2022-ci il tarixdə iş üzrə dayandırılmış icraat təzələnib, həyata keçirilən çoxsaylı istintaq və əməliyyat tədbirləri ilə, Xaçmaz rayon sakini 1994-cü il təvəllüdlü Osman Ömərovun 06 iyul 2017-ci il tarixdən 07 iyul 2017-ci il tarixə keçən gecə Ülviyyə Məmmədova və Rəhman İşıqovla yaşadığı kəndin ərazisində görüşüb aralarında yaranmış mübahisənin gedişində Ülviyyə Məmmədovanı deşici alətlə vurub xəsarət yetirməsindən sonra Rəhman İşıqovla aralarında baş vermiş mübahisə ilə əlaqədar üzərində gəzdirdiyi bıçaqla sonuncunun bədəninin müxtəlif nahiyyələrinə xəsarətlər yetirib, daha sonra cinayətin izini itirmək üçün yol-nəqliyyat hadisəsi görüntüsü yaratmaq məqsədilə Ülviyyə Məmmədova və Rəhman İşıqovun meyitlərini sonuncuya məxsus avtomobilin içərisində Qudyalçayın üzərindəki körpünün altında yandırmasına əsaslı şübhələr müəyyən edilib.
Toplanmış mötəbər sübutlar əsasında Osman Ömərov 19 may 2022-ci il tarixdə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə hazırda iş üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.
3 qurum birgə ƏMƏLİYYAT KEÇİRDİ: 5 il əvvəl 2 nəfəri öldürən şəxs tutuldu
Tarix: 20-05-2022 | Saat: 10:57
Bölmə:Karusel / Hadisə | çapa göndər
Xəbəri paylaş
5348 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 20-05-2022 | Saat: 10:57
Bölmə:Karusel / Hadisə | çapa göndər
Xəbəri paylaş
Digər xəbərlər
21-04-2016, 13:04
Avropa İttifaqı Azərbaycana nəqliyyatla bağlı yeni təklif və layihələr təqdim edib
13-12-2015, 18:05
1 günlük alma pəhrizi. Bağırsaqların təmizlənməsi Сəmiyyət
25-07-2015, 18:44
Yenə ağır yol qəzası - 12 yaşlı uşaq öldü
23-05-2018, 22:04
İlham Əliyevdən təhsillə bağlı MÜHÜM SƏRƏNCAM - 40 milyon manat ayrıldı
2-05-2016, 00:39
Türkiyədə terror: Hərbi polis binasına hücum edildi – Təcili
29-12-2015, 11:42
ATV-nin aparıcısı azərbaycanlılara nadan dedi - ŞOK VİDEO
27-06-2018, 10:15
Fəhlə 12-ci mərtəbədən yıxılıb öldü
26-10-2020, 22:40
İbrahim Kalın ABŞ rəsmisi ilə Qarabağ problemini müzakirə edib
30-09-2022, 08:46
Saqqız çəynəmək adamı kökəldir, baş ağrılarına səbəb olur...