Rusiyada "Coca-Cola"nın yerli versiyası yaradılıb.
Qonşu ölkənin bazarlarında artıq satışa çıxarılan məhsul Komi Respublikasında istehsal edildiyindən ona "Komi Kola" adı verilib. Yerli içki "Coca-Cola" şirkətinin Rusiya bazarlarından geri çəkilməsinə cavab olaraq ərsəyə gətirilib.
Bu haqda Komi Republikasının rəsmi Teleqram səhifəsində məlumat verilib.
"Komi Respublikasının öz kolası var. Yerli məhsula tələbat hər gün dayanmadan artır", - deyə səhifədə qeyd edilib. Bildirilib ki, sakinlər yeni içkini Arxangelsk vilayətindəki mağaza rəflərində də tapa biləcəklər.
Ukraynadakı münaqişə uzanarsa, qərbin Rusiyaya tətbiq etdiyi sanksiyalarından sonra "Coca-Cola" şirkəti bu və ya digər məqamda Rusiyadakı biznesini tamamilə ixtisar edəcəyini açıqlamışdı.
Xatırladaq ki, Rusiya xarici brendin yerli versiyasını ilk dəfə yaratmır. Bundan əvvəl mart ayında qonşu ölkədə "Dyadya Vanya" adlı yeni ticarət nişanı qeydiyyata alıb. Yeni ticarət nişanının loqotipi McDonald's restoranlar şəbəkəsinin loqotipinə olduqca oxşardır. "Dyadya Vanya" yeməklərin hazırlanması və evə çatdırılması ilə əlaqəli olan yeni ticarət nişanıdır.
Dünyaca məşhur McDonald's restoranlar şəbəkəsi də Ukraynadakı böhrandan dolayı Rusiyada fəaliyyətini dayandırdığını açıqlamışdı.
Rusiya öz "Coca-Cola"sını yaratdı - "Kоmi Kola" - VİDEO
Tarix: 14-05-2022 | Saat: 10:21
Bölmə:Karusel / Hadisə / Dünya / Xəbəraz TV | çapa göndər
2528 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 14-05-2022 | Saat: 10:21
Bölmə:Karusel / Hadisə / Dünya / Xəbəraz TV | çapa göndər
Digər xəbərlər
20-09-2016, 10:21
Rövnəq Abdullayev: "Mənfəətimiz artır"
20-06-2015, 09:55
Bakı-2015: Radik İsayevə qızıl medalı İlham Əliyev təqdim etdi
8-11-2017, 09:37
Prezident neft hasilatı ilə bağlı tədbirə qatılıb
15-05-2021, 23:40
Kişilər bunu etsə, ömürləri 30 il uzanar
1-08-2019, 21:58
Nabranda bir nəfər dənizdə batıb, ikisi xilas edildi
20-05-2016, 20:38
ABŞ-dan Ukraynaya 28 milyonluq jest
14-09-2019, 11:28
İspaniyada DƏHŞƏTLİ mənzərə - Şəhər su altında qaldı - VİDEO
1-04-2021, 14:30
Putin İlham Əliyevə zəng etdi
27-08-2020, 16:30
Hökməli bələdiyyəsi cəzalandırıldı
13-07-2018, 15:49
Atadan 8 aylıq qızına qarşı İNANILMAZ ƏMƏL: cinsi əlaqə və... - DƏHŞƏTLİ TƏFƏRRÜAT (FOTO)
{sape_links}{sape_article}