İstanbulda yağan güclü qar Bakıya gələcək? - RƏSMİ AÇIQLAMA
Tarix: 25-01-2022 | Saat: 12:48
Bölmə:Karusel / Gündəm | çapa göndər
“Yanvarın 26-dan 27-nə keçən gecədən başlayaraq əvvəlcə Naxçıvan Muxtar Respublikasında, yəni ölkənin qərb rayonlarında hava şəraiti yağıntılı olacaq, qar yağacaq”.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva Türkiyədəki qarlı havanın Azərbaycana təsiri barədə danışarkən deyib.
O qeyd edib ki, Azərbaycanda yanvarın 26-da hava şəraitinin nisbətən mülayim keçməsi gözlənilir: “Əksər rayonlarda axşamadək hava şəraiti əsasən yağmursuz keçəcək. Havanın temperaturu yanvar ayının iqlim normasına uyğun olacaq. Lakin yanvarın 27-də gün ərzində və 28-nə keçən gecə respublikanın ayrı-ayrı rayonlarında havanın yağıntılı keçməsi, sulu qar yağması gözlənilir. Dağlıq və dağətəyi rayonlarda qar yağacaq və bir qədər intensivləşəcək”.
U.Tağıyevanın sözlərinə görə, Türkiyə ilə müqayisədə hava şəraiti Azərbaycanda daha yumşaq formada özünü göstərəcək: “Yanvarın 27-si günün ikinci yarısında axşama doğru rayonlarda və paytaxtda şimal-qərb küləyinin güclənməsi gözlənilir. Küləyin ani maksimal sürəti 15-20 olacaq, arabir 23-25 m/s-dək olacaq. Yanvarın 28-də gündüz saatlarında külək mülayimləşəcək. Yağıntıların kəsilməsi isə yanvarın 28-i axşama doğru gözlənilir. Sonrakı iki-üç gün ərzində hava şəraiti sabit, mülayim və əsasən yağmursuz keçəcək”.
Xəbəri paylaş
3778 dəfə oxunub.
Digər xəbərlər

17-09-2016, 15:36
Aparıcı Samira üçün özəl gün
2-07-2017, 19:50
Onu "Mədənin süpürgəsi" adlandırırlar - faydasını saymaqla bitmir
27-05-2016, 15:58
Polis rəisi qəzaya düşdü
19-07-2015, 16:22
Səidə Sultan ərindən danışdı
25-07-2023, 14:40
Xoşqədəm Ayselə təzminat ödəməlidir - Qərar verildi
1-06-2017, 17:48
Bakı sakini məktub yazaraq özünü güllələdi
7-08-2015, 13:57
Ayaqları bir həftəyə arıqlatmaq üsulu - Sadə və maraqlı RESEPT
11-10-2017, 18:03
"Zəhərli südü içirdib, dərmanı zorla uddurdum" - Qızını zəhərləyən ana
6-07-2015, 16:57
İlham Əliyev büdcədən səkkiz milyon manat ayırdı