14 yaşlı "patı" aludəçisinə görün kim narkotik öyrədibmiş - VİDEO
Tarix: 24-01-2022 | Saat: 10:09
Bölmə:Karusel / Hadisə / Xəbəraz TV | çapa göndər
14 yaşlı yeniyetmə bu yaşda narkotik aludəçisinə çevrilib. Onu buna öz doğma anası və əmisi vadar edib. Zorla diləndirilən yeniyetmə 1 il əvvəl xəstəxanaya yerləşdirilib, çıxandan bir müddət sonra isə yenidən vərdiş etdiyi həyata dönüb. Daha doğrusu, döndürülüb.
Hazırda Narkoloji Dispanserdə müalicə alan bu yeniyetmənin gələcəyi böyük sual altındadır. Çünki bədəni ilə yanaşı, onun beynini, düşüncələrini zəhərləyən ananın və əminin bundan sonra onunla necə rəftar edəcəyi bəlli deyil.
Təəssüf ki, ölkəmizdə onun kimilərin sayı heç də az deyil. Küçələrdə dilənən, avtomobil şüşəsi silən və ya salfet satan uşaqların aqibəti heç kimə məlum deyil. Bəs biz niyə onlara sahib çıxa bilmirik?
Küçədə tapılan 14 yaşlı yeniyetmənin dramını ekranlarınıza gətiririk. Məqsədimiz zorla özünü ifadə edən bu yeniyetmənin hekayəsi ilə ürəkləri parçalamaq deyil, müvafiq qurumlarımızı onun timsalında uşaqlarımıza sahib çıxmağa çağırmaqdır.
İTV-nin hazırladığı videomaterialı təqdim edirik:
1088 dəfə oxunub.
Digər xəbərlər

2-10-2016, 17:39
Ərdoğan: “Onlar qaçacaq, biz qovacağıq”
6-10-2015, 14:41
PFL prezidenti həbs edilib? - Yenilənib
21-04-2016, 21:48
Sevgi və şəhvət qidası: hər gün yesəniz...
12-06-2015, 21:53
Çimərlik futbolu üzrə dünyanın beş ən reytinqli komandasından dördü Bakıda çıxış edəcək
18-02-2016, 14:58
Hacıqabulda silah-sursat tapılıb
26-10-2015, 20:38
“10 il sonra neft və qazdan asılı olmayacağıq” - ekspert
25-07-2018, 17:01
Bakıda toz-dumanlı hava neçə gün davam edəcək? - RƏSMİ MƏLUMAT
19-05-2021, 11:50
İyunun 1-dən sonra yumşaldılmalar olacaq? - Rəsmi açıqlama
16-04-2022, 17:21
Ukrayna Rusiyanın itkilərinin sayını AÇIQLADI
15-02-2017, 01:36
ATV-nin aparıcısı ata oldu