Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Kimlər gəldi, kimlər getdi “Dəmir Yol”dan, "Dəmir Yol"dan... - Əlirza Süleymanov “Nikolayı taxta görüb...”
Tarix: 24-01-2022 | Saat: 05:15
Bölmə:Bütün xəbərlər / M / Karusel / Siyasət / Gündəm / Hadisə / Araşdırma / Aktual | çapa göndər

Əlirza  Süleymanov  bir  gecədə yüzlərlə vaqonu “doğrayıb satırdı”….

Ulu Öndər həmişə deyirdi ki, mövqeyini ortaya qoy…
Doğrudan da, ibrətamiz ifadədir. Çünki bizim məmurlar az qala hər şeydən danışır, amma MƏTLƏB üstünə gələ bilmir. Niyə ?
Çünki Heydər Əliyev demişkən, mövqeyini ortya qoyanda KİMLİYİN bəlli olur. Amma mövqeyini ortaya qoymayanda hər tərəfə işləyə bilərsən, lap Süleymanov qardaşları kimi…
Bəli, deyirlər ki, ölünün dalınca danışmazlar. Amma biz son 30 illik tariximizə nəzər  salmasaq, saf-çürük etməsək, bizi daha böyük təhlükələr gözləyə bilər. Çünki hər kəs layiq olduğu qiyməti almalıdır. 
Yuxarıda Süleymanov qardaşları  dedik…
Yəqin hamının yaxşı yadında olar, qardaşlardan biri rəhmətlik Nizami Süleymanov partiya sədri idi, hətta prezidentliyə namizəd oldu, guya qatı müxalifətçi idi…
Amma adama deyərlər ki, bu necə olur ee, qardaşın biri müxalifətçi olur, o biri qardaş Əlirza Sülüeymanov mühüm dövlət vəzifəsi daşıyır. Özü də strateji vəzifə ee…
Söhbət 90-cı illərdə  Nizami Süleymanovun qardaşı, Azərbaycan Dəmir Yollarında  vaqon depolarına nəzarət edən  Əlirza  Süleymanovdan gedir. 
Həmin vaxt  Əlirza müəllim köhnə vaqonları “spisat” edərək  yaxşı pullar qazanmışdı. 
Beləcə iki qardaş  Əlirzanın pulu ilə  “Kristial” mərkəzini  yaratdılar. 
“Kristal”  mərkəzinə kimlər gəlmirdi ?
Və gecələr  Əlirza Süleymanov  “Kristal” mərkəzdə İrandan gələnlərə, o cümlədən Danişyana qulluq edirdi. 
Bu məqamda incə bir nüans. 
Əlirza Süleymanov Azərbaycan Dəmir  Yollarında qatarlarda çalışan qadın bələdçilərə hansı işləri təklif edirdi…?
Bu sualın cavabını oxucuların öhdəsinə buraxırıq…
Bəli, Əlirza  Süleymanov  1990-cı ildən başlayaraq vaqon depolarına nəzarət edib. 
Əlirza Süleymanov həmin dövrdə  hətta  vaqon bələdçilərinə verilən ezamiyyət xərclərini  mənimsəyirdi. 
Diqqət  edin, 1990-cı ildə ölkə dağılır, nəzarət itib, kimin əli kimin cibindən çıxır bilinmir. Bax, Əlirza Süleymanova  belə məqamda ölkədəki dəmir yolu relslərini  tapşırdılar. 
Əlirza Süleymanov təzə relsləri köhnə adı ilə “spisat” edərək varlanmağa başladı. 
Hələ bu harasıdır ?
Əlirza müəllim “metal biznesinin çiçəklənən”  vaxtında sanki  okeana  düşmüşdü. Başqaları 5-6  kiloqram metalı güclə  axtaranda Əlirza müəllim bir gecədə yüzlərlə vaqonu “udurdu” və pulunu mənimsəyirdi. 
Ziya Məmmədov  1996-cı ildə  Azərbaycan Dövlət Dəmir Yolunun rəisi olan kimi səhəri günü Əlirza Süleymanovu  özünə müavin təyin etdi. 
Çünki Ziya Məmmədov yaxşı bilirdi ki, dəmir yolu relslərini xırıd etmək üçün Əlirza ən yaxşı kadrdır.
Əlirza Süleymanov da Ziya Məmmədova borclu qalmadı. Əlirza Süleymanov yaxın dostu, o zamankı spiker  Rəsul Quliyevin təklifini Ziya Məmmədova çatdırdı. 
Bu  barədə yazdığımız üçün çox dərinə getmirik. Ancaq qısaca onu deyə bilərik ki, bir neçə ayın içərisində Naxçıvana gedən  dəmir yolu relsləri doğranaraq “metallom”  kimi xaricə satıldı. 
Və Ziya-Rəsul-Əlirza milyonlar qazandılar. 
Yeri gəlmişkən, bu gün, yəni  44 günlük savaşdan sonra həmin dəmir yollarının  bərpası  gündəmə gəlib. 
Yaxşı olar ki, Ziyanı, Rəsulu və Əlirzanı çağırıb desinlər ki, gedin vaxtilə dağıdıb satdığınız  dəmir yolunu bərpa edin. 
Nə isə…
Dəmir yollarının hesabına Əlirza Süleymanov qısa vaxtda milyonçuya çevrildi. Və həmin pullarla oğlu üçün Slovakiyada biznes qurdu. 
Hətta həmin dövrdə Əlirza müəllimin həbsi də gündəmdə olub. Amma canını qurtara bildi. 
Bəli, Əlirza Süleymanov  1996- 2002-ci  illərdə Azərbaycan Dövlət Dəmir Yolunun rəisi  Ziya Məmmədovun,  2004- 2015-ci illərdə isə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif  Əsgərovun müavini olmuşdur. 
Ziya Məmmədovun, Arif Əsgərovun  dövründə Rusiyadan köhnə vaqonları rəngləyib təzə adı ilə Azərbaycana gətirəndə, milyonlar qazananda niyə səsini çıxartmırdın, Əlirza müəllim ?
Deyirsən, mən sədr deyiləm, 1-ci müavinəm…məsuliyyət daşımıram və s. 
Köhnə vaqonları  doğrayıb 1 tonunu 160 manata satıb, kağızda 75 manat göstərəndə  niyə danışmırdın, cənab Süleymanov ?
Dəmir yol sistemində  görülən işlərin qiymətini 2 dəfə şişirdib  milyonları mənimsəyirdiniz. 
Bütün bu  cinayətlər törənəndə sən harada idin, cənab müavin ?
Bütün bunları qoyaq bir kənara, bəs, Danişyanla çəkdirdiyin qol-boyun şəkilləri harada  gizlədin ?
Onu da qeyd edək ki, hazırda  Slovakiyadakı böyük biznesi Əlirzanın oğlu ilə Arif Əsgərovun oğlu şərikli idarə edir. 
Sonda Əlirza Süleymanova  bir neçə sual ünvanlayırıq. 
1.  Danişyanla necə qohum olmusan ? 
2.  Dövlətdən oğurladığınız milyonları Danişyan harada və necə idarə edir ?
3.  Slovakiyadakı şərikli bizneslə bağlı Arif Əsgərovla danışığınız necə olub ?
Əlirza Süleymanov, səndən suallarımıza cavab gözləyirik.
P.S Yazıda adları çəkilən hər bir kəsə cavab haqqı tanıyırıq.
Gundelik Bki


Xəbəri paylaş

3828 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___