Rusiyanın Soçi şəhərində keçirilən KVN komandalarının 33-cü Beynəlxalq Festivalında (“KiViN-2022”) Azərbaycanı təmsil edən “Şuşa” komandasının adınının “Buta” ilə əvəzlənməsi müzakirələrə səbəb olub.
"Xeberaz.Az" xəbər verir ki, məsələ ilə bağlı komandanın rəhbəri, ssenarist və prodüser Müşviq Abbasov açıqlama yayıb və adın dəyişdirilmədiyini bildirib.
“Heç kim komandanın adını dəyişməyib. “Şuşa” komandası var və qalacaq. Son iki sutkada keçirdiyim gərgin və mübahisəli görüşlərdən sonra belə qərara gəlindi ki, “Şuşa” komandası Rusiyanın Sankt-Peterbuq şəhərində keçirlən mərkəzi liqalarının birində oynayacaq. Hər şey əladır. Bəzi bədbəxtlərin sevinci uzun çəkmədi” - Müşviq Abbasov bildirib.
M.Abbasovun bu açıqlamasına baxmayaraq KVN-in rəsmi saytında və instaqram səhifəsində Azərbaycanın "Şuşa" komandasının adı "Buta" kimi yazılıb. "Buta" adı dəyişdirilməyərək saxlanılıb.
Xatırladaq ki, bundan əvvəl Soçidə hər il keçirilən festivala yollanan və birinci mərhələdən uğurla keçən “Şuşa” ŞHK komandası ikinci mərhələdə adını dəyişmək məcburiyyətində qalıb.
Bu xəbər azərbaycanlı sosial şəbəkə istifadəçilərinin hiddətinə, ermənilərin isə sevincinə səbəb olub. Vətəndaşlarımız qeyd ediblər ki, komandanın adını dəyişməkdənsə, ŞHK-dən ayrılmaq daha yaxşıdır.
"Hər şey əladır" - Müşfiq Abbasovdan qəribə AÇIQLAMA
Tarix: 24-01-2022 | Saat: 02:55
Bölmə:Bütün xəbərlər / M / Karusel / Gündəm / Şou-Biznes / Qarabağdan xəbər var | çapa göndər
Xəbəri paylaş
3878 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 24-01-2022 | Saat: 02:55
Bölmə:Bütün xəbərlər / M / Karusel / Gündəm / Şou-Biznes / Qarabağdan xəbər var | çapa göndər
Xəbəri paylaş
Digər xəbərlər
14-12-2015, 10:36
Heyvanları şikəst edənlər böyük məbləğdə cərimələnəcəklər
1-07-2015, 17:14
Ermənistanda zabiti öldürdülər
18-11-2017, 18:56
Prezident Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak edən şəxsləri təltif edib - SİYAHI
21-05-2016, 15:28
Baqramyan planı: Cavaxetiya Tiflisdən qoparılır
10-08-2022, 13:13
Bu 2 ədviyyatın qarışığı XƏRÇƏNGDƏN qoruyur – Alimlər sübut edib
4-04-2016, 13:29
Yaralanan əsgərimiz danışdı
16-03-2016, 20:59
Azad Seyidov: “İnşallah yeni mahnı gəlir... ” – Fotolar
1-10-2016, 15:13
Bu gün dünya çempionu müəyyənləşir
14-09-2021, 10:48
Azərbaycanda qayınata 19 yaşlı gəlinini boğub öldürdü