Azərbaycan Dövlət Aqrar Universiteti: “Təhsil müəssisəsinə aidiyyatı olmayan, məhkəmə predmeti üçün əsas yaradan iddialar...”
Tarix: 15-01-2022 | Saat: 18:02
Bölmə:Bütün xəbərlər / M / Karusel / Gündəm / Hadisə / Təhsil / Aktual | çapa göndər
1878 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 15-01-2022 | Saat: 18:02
Bölmə:Bütün xəbərlər / M / Karusel / Gündəm / Hadisə / Təhsil / Aktual | çapa göndər
“09.01.2022-ci il tarixində bəzi saytlarda Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) tələbə parkında abadlıq işlərinə 250.000 manat pulun büdcədən ayrılıb silinməsinə, vəzifəli şəxslərə parka lazım olan inşaat və dekor ləvazimatlarının məcburən aldırılmasına, “Tələbə-Məzun Yarmarkası” zamanı rektorun büdcədən ayrılan pulları öz cibinə qoymasına, rektor İbrahim Cəfərovun kimlərinsə haqqını mənimsəməsinə, ADAU-da serverə Ruslan adlı şəxsin müdaxiləsi səbəbindən imtahanların gedişatının dayanmasına dair məlumatlar yayılıb.
Bu iddiaların heç bir əsası yoxdur, həqiqətə uyğun olmayan jurnalist təxəyyülünün məhsuludur, universitetlə bağlı ortaya atılan növbəti uydurmadan başqa bir şey deyildir.”
Bu fikirlər Faktinfo.az saytının elektron poçtuna Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) ictimaiyyətlə əlaqələr şöbəsindən göndərilib. Məlumatda o da bildirilir ki, universitet və onun rəhbərliyi haqqında son zamanlar bir qrup saytlarda dəqiqləşdirilməmiş, təhsil müəssisəsinə aidiyyatı olmayan, məhkəmə predmeti üçün əsas yaradan iddialar yer alır.
Bu səbəbdən bir daha Azərbaycan Dövlət Aqrar Universiteti haqqında yazılan xəbərlərdə dəqiqləşmələr aparılması, universitet haqqında yanlış təsəvvür yaradılmasına son qoyulması tövsiyə olunur.
Faktinfo.az
Digər xəbərlər
12-09-2021, 16:49
“Karantin zamanı tez-tez cinsi əlaqədə olun” – Həkimdən dünyaya məsləhət
9-06-2017, 12:52
Babasil xərçəngə çevrilə bilərmi?
14-12-2017, 14:11
Hicran Hüseynova: "Ailələrin dağılmasının əsas səbəbi heç də..."
28-11-2016, 17:08
DƏHŞƏTLİ ANLAR: Gəmi batdı: sərnişinlər arasında körpələr də var - VİDEO
27-04-2022, 10:05
Bakıda avtomobil ana və 8 aylıq körpəsini vurub
12-08-2016, 23:04
Dövlət Yol Polisindən sürücülərə – XƏBƏRDARLIQ
6-01-2016, 21:00
Günay Musayevanın keçmiş əri Tolqa Karel evlənir
2-04-2016, 19:26
Ştaynmayer Qarabağda döyüşləri dayandırmağı tələb etdi