Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində Zabrat qəsəbəsində narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Abşeron rayon sakini Röyal Yusibov saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən xəbərə görə, saxlanılan şəxsin üzərinə və əlindəki bağlamaya baxış zamanı 3 kiloqramdan artıq marixuana və 515 qram yüksək təsiredici xassəyə malik heroin aşkar edilib. Bu şəxs ifadəsində "İnstagram" sosial şəbəkəsində blogerliklə məşğul olduğunu və orada xarici ölkələrdən birinin vətəndaşı ilə tanış olaraq onun vasitəçiliyi ilə narkokuryerliyə cəlb edildiyini bildirib.
Qeyd edək ki, Röyal Yusibov narkotik vasitələri əldə edəndən sonra pulunu həmin şəxsə onlayn yolla göndərməli imiş. O, Zabrat qəsəbəsində təyin edilən yerdən narkotik vasitələri götürərək oradan uzaqlaşmaq istəyərkən daxil olmuş əməliyyat məlumatı əsasında polislər tərəfindən saxlanılaraq Bölməyə gətirilib.
15-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri növbəti əməliyyatlar zamanı Zabrat və Pirşağı qəsəbələrində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan daha iki nəfər - Xəyal Abdullayev və Seymur İslamov da saxlanılıb. Bu şəxslərdən də narkotik maddə olan heroin aşkar olunub.
Faktlarla bağlı 15-ci Polis Bölməsində toplanan materiallar Sabunçu RPİ-nin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir.
Narkotik vasitələrin Sabunçu rayonu ərazisində qanunsuz dövriyyəsinin qarşısının alınması və bu şəxslərin daxil olduğu şəbəkənin digər üzvlərinin aşkar olunması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Bloqer Röyal saxlanıldı - Narkokuryer imiş - VİDEO - FOTO
Tarix: 15-01-2022 | Saat: 11:18
Bölmə:Karusel / Hadisə / Foto-fakt / Xəbəraz TV | çapa göndər
Xəbəri paylaş
3348 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 15-01-2022 | Saat: 11:18
Bölmə:Karusel / Hadisə / Foto-fakt / Xəbəraz TV | çapa göndər
Məqaləyə dair fotomateriallar:
Xəbəri paylaş
Digər xəbərlər
21-07-2021, 09:09
Çində metronu su basdı - ölənlər var
3-03-2016, 11:23
Şirvanda oksigen balonu partladı: ölən var
20-09-2015, 12:46
Səninlə evlənəcəyəm deyib qızla cinsi əlaqədə oldu
24-07-2016, 15:50
Kriminal avtoritet Gürcüstana göndərildi
24-04-2016, 12:17
“Xalq Bank”dan baş verən partlayışla bağlı AÇIQLAMA
15-04-2021, 21:59
Cəlilabadda baş verən qətlin təfərrüatı məlum olub
19-06-2021, 12:36
Bazar günü 40 dərəcəyədək isti olacaq
24-05-2018, 09:31
"Qızım məndən çox arzulayır ki, ərə gedim" - "Vicdan haqqı"nın aktrisası
9-08-2017, 13:53
6 günlük uşaq, 6 metrlik quyu, səhər saat 6… - Lənkərandakı cinayətdə SATANİZM izləri
24-02-2019, 12:47
Sabah yağış yağacaq