Şəki rayon sakininə məxsus "VAZ-2107" markalı avtomobilin şəhər ərazisindən naməlum şəxs və yaxud şəxslər tərəfindən qaçırılması barədə Polis Şöbəsinə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsi Ağdaş rayonu Yeniarx kəndi ərazisində tərk edilmiş vəziyyətdə aşkarlanıb və hadisəni törədən şəxsin Göyçay şəhər sakini Heydər Heydərli olduğu müəyyən edilib. O, şübhəli şəxs qismində saxlanılıb və istintaqa təhvil verilib.
Araşdırma zamanı məlum olub ki, əvvəllər də Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş H.Heydərli həbs müddəti başa çatıb, cəzaçəkmə müəssisəsindən çıxdıqdan təxminən 15 dəqiqə sonra avtomobili qaçırıb və yaşadığı Göyçay rayonuna getmək istəyib. Lakin təkəri partladığından o, nəqliyyat vasitəsini yolun kənarında tərk edib.
Faktla bağlı Şəki Şəhər Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, H.Heydərli təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub.
Həbsdən çıxan şəxs 15 dəqiqə sonra yenidən cinayət törədib - FOTO/VİDEO
Tarix: 04-12-2021 | Saat: 11:11
Bölmə:Karusel / Hadisə / Foto-fakt / Xəbəraz TV | çapa göndər
Xəbəri paylaş
3408 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 04-12-2021 | Saat: 11:11
Bölmə:Karusel / Hadisə / Foto-fakt / Xəbəraz TV | çapa göndər
Xəbəri paylaş
Digər xəbərlər
27-07-2016, 13:58
Uorlik: “ Prezidentlər ATƏT-in monitorinq qrupunun genişləndirilməsi ilə bağlı razılığa gəliblər”
30-12-2017, 14:36
Yeni il bayramında hava necə olacaq?
6-07-2016, 00:11
Azərbaycan ən təhlükəsiz dövlətlərdən biridir - İsrail
2-06-2015, 14:11
Özündən 3 yaş böyük qızı zorladı- Lökbatanda
13-12-2022, 10:38
İlham Əliyev Nərgiz Paşayevanı təltif etdi
13-01-2016, 10:55
Yüksək təzyiqdən əziyyət çəkənlər üçün 10 FAYDALI ƏRZAQ
19-12-2018, 12:28
17 yaşlı Güneli Rusiyada niyə öldürdülər? - TƏFƏRRÜAT
30-09-2016, 09:33
Şimali koreyalı əsgər Cənuba qaçıb
30-07-2018, 16:07
İsmayıllıya yeni prokuror təyin edildi
28-01-2022, 11:42
Azərbaycanda ərinin qətlini sifariş verən qadın narazıdır: basdırıb üstündə təndir tikmişdilər