Bu gün Bakı şəhər Binəqədi rayonu ərazisində 114 saylı marşrut xətti üzrə hərəkət edən avtobusun sürücüsü hücuma məruz qalıb.
Məlumata görə, 30-35 yaşlı şəxs Hökməli dairəsi yaxınlığında hərəkətdə olan 10 TG 820 dövlət qeydiyyat nişanlı avtobusun dayanacaqdan kənarda saxlamasını tələb edib. Avtobus bir qədər öndə yerləşən dayanacağa çatıb saxladıqdan sonra həmin şəxs qaçaraq nəqliyyat vasitəsinə daxil olub və sürücünü təhqir edərək onu döyməyə, zərbələr endirməyə başlayıb.
Xuliqanlıq əməlinə davam edən şəxs sürücünün başını avtobusun ön şüşəsinə vuraraq partladıb. Avtobusdakı sərnişinlərin müdaxiləsindən sonra xuliqanlıq edən şəxs nəqliyyat vasitəsindən endirilib.
Xəsarət alan sürücüyə tibbi yardım göstərilib və ona yetirilmiş xəsarətin dərəcəsinin müəyyən edilməsi məqsədilə ekspertiza təyin edilib. Hadisə vaxtı avtobusun ön şüşəsi qırılıb.
Faktla bağlı Daxili İşlər Nazirliyinin 102 "qaynar xətti"nə müraciət edilib, araşdırma aparılır.
Bakıda marşrut avtobusuna HÜCUM - Sürücünün başı partladı
Tarix: 27-11-2021 | Saat: 12:05
Bölmə:Karusel / Hadisə | çapa göndər
Xəbəri paylaş
3278 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 27-11-2021 | Saat: 12:05
Bölmə:Karusel / Hadisə | çapa göndər
Xəbəri paylaş
Digər xəbərlər
14-02-2018, 12:49
Bakıda silahlı narkobaron saxlanıldı - FOTO
15-06-2020, 14:29
Karantini pozduğuna görə saxlandı, başqa cinayətləri ortaya çıxdı
13-08-2016, 11:23
İrandan Azərbaycana narkotik vasitənin keçirilməsinin qarşısı alınıb
28-05-2017, 19:29
Dodaqlarınız çatlayır? Elə isə bunu edin
30-08-2022, 11:33
Masallıdakı meşə yanğını qəsdən törədilib? - FHN-dən AÇIQLAMA
12-04-2019, 17:52
Təhsil naziri: "İntihar baş verən məktəbin direktoru işdən azad edilib"
2-04-2017, 14:11
2 Aprel - Dünya Autizm Məlumatlandırma Günüdür
13-02-2017, 14:28
"Balotelli məşqlərdə üzümüzə belə baxmır"
11-03-2017, 11:15
"WhatsApp"ın status özəlliyi QAYITDI - başqa adla - FOTO