Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Sumqayıt Tibb Kollecinin direktoru, Səttar Mehbalıyevin qohumu Rəfael Eyvazovun əməlləri.. - Rəfael Eyvazovun “ölü canlar”ı...
Tarix: 26-11-2021 | Saat: 10:45
Bölmə:M / Karusel / Gündəm / Araşdırma | çapa göndər


Sumqayıt Tibb  Kollecinin direktoru, Səttar Mehbalıyevin qohumu Rəfael Eyvazovun əməlləri.. - Rəfael Eyvazovun “ölü  canlar”ı...



Kollec direktoru niyə 100 min ziyana düşdü...

Deməli, haqqında bəhs edəcəyimiz  Sumqayıt Tibb Kollecinin direktoru Rəfael  Eyvazov niyə hər yerdə deyir ki, “Məni 100 min ziyana saldınız”. 
Öncə qısaca onu bildirək ki, Sumqayıt Tibb  Kolleci əvvəllər mövcud olan Əziz Əliyev adına  Tibb Texnikumunun əsasında yaradılıb. 
Səhiyyə Nazirliyinin tabeçiliyində olan Sumqayıt  Tibb Kollecində 4 ixtisas üzrə mütəxəsis hazırlanır.
Kollecin direktoru  2010-cu ildən Rəfael Eyvazovdur. 
Bu adam  Azərbaycan Həmkarlar Konfederasıyasının sədri, millət vəkili Səttar Mehbalıyevin qohumudur. 
Rəfael  Eyvazov  kollec direktoru olmaqdan daha çox  biznesmen, restoranlar sahibi kimi tanınır. 
Rəfael Eyvazov kollecdə ölü canlar da saxlayır. Söhbət təkcə müəllimlərdən, tələbələrdən getmir. 
Kollecin nəzdindəki  kurslara adını yazdırıb gələ bilməyən tibb işçiləri  direktora aylıq verir. 
Deməli, bir neçə il əvvəl tələbələrin, müəllim kollektivinin  xeyli müraciətindən sonra Səhiyyə Nazirliyi kollecdə yoxlamalara başladı  və  direktor  Rəfael Eyvazov  “şiddətli töhmətlə”  canını qurtara bildi. 
Amma çoxları bilmədi ki...
Bəli, Rəfael  Eyvazov  ondan şikayət edənlərə deyir ki, siz məni 100 min manat ziyana saldınız...
Görəsən adi kollec direktorunda 100 min  manat haradandlr ? 
İndi izah edək. 
Deməli, kollecin direktoru Rəfael Eyvazov  nizamnamə kapitalı 5 manat, 3 manat, hətta 2 manat olan MMC-ləri tapır  və onlarla  tender  keçirib müqavilə imzalayır. 
Təsəvvür edirsiniz  2 manat nizamnamə kapitalı olan MMC nə iş görə bilər ?
Bu MMC-lər  qeydiyyatdan keçəndən  bir həftə sonra tenderə buraxılır. 
Bu MMC-lərin heç bir işçi qüvvəsi yoxdur. 
Yəni hər şey kağız üzərində  gedir. 
Beləcə kollecin direktoru  8 MMC  ilə müqavilə imzalayıb işə başlayır. 
Guya kollecdə abadlıq-quruculuq işləri gedir, guya kollecə inventarlar alınır, guya nə isə...
Beləcə  dövlətin ayırdığı  milyonlar mənimsənilir. 
İndi bildinizmi  Rəfael  Eyvazov necə 100 min manat ziyana düşüb. 
Deməli, Səhiyyə Nazirliyi gəlib pulunu alıb gedib, şikayətçilərin ağzını  tikib,  yalandan direktora şiddətli töhmət verib. 
Biz həmin MMC-lər barədə uzun-uzadı yazıb oxucunu yormaq istəmirik. 
Bircə onu qeyd edə bilərik ki, nizamnamə  kapitalı 3 manat olan MMC-yə  54 min manat pul keçirilib. 
Bir fakta da nəzər  salaq:
Bir ildə , yəni 2019-2020-ci il tarixdə  Sumqayıt Tibb Kolleci tərəfindən keçirilmiş kotirovka sorğuları yolu ilə əsaslı təmir işləri, cari təmir  işləri, abadlaşdırma, dəftərxana və təsərrüfat xərcləri, masın və avadanlıqlar, digər malların alınmasına  497 385, yəni YARIM MİLYON  MANAT dövlət vəsaiti ayrılıb. 
Görəsən,  2 manatlıq  MMC-lərlə  satınalma müqaviləsinin bağlanmasına İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti necə yol verib?
Sumqayıt Tibb Kolleci tərəfindən keçirilmiş kotirovka sorğularında satınalmalar haqqında qanunun tələbləri kobud şəkildə pozulduğu açıq-aydın görsənir.
Görəsən,  Respublika Hesablama Palatası və Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi  bu boyda cinayət əməllərini  görmür ?
Bu artıq bizim səlahiyyətimizdə olan məsələ deyil.(https://gundelik-baku.com/)












Xəbəri paylaş

3088 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___