Soçi görüşü: Ermənistanın üzərinə məcburi öhdəlik qoyulacaq - ŞƏRH
Tarix: 26-11-2021 | Saat: 10:03
Bölmə:M / Karusel / Siyasət / Gündəm | çapa göndər
Bu gün Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan Soçidə masaya əyləşəcək.
Bu, 10 noyabr bəyanatından sonra ikinci görüşdür, xatırladaq ki, müharibədən sonra ilk görüş bu ilin 11 yanvarında Moskvada baş tutmuşdu.
Soçi görüşü vacibdir, bu vaciblik liderlərin dekabrın 15-də Brüsseldə keçiriləcək görüşünü formal hala gətirir.
Bununla belə, Brüssel görüşü Soçi görüşünün davamıdır. Yəni Brüssel görüşünün prelüdiyası Soçidə hazırlanacaq.
Soçidə razılaşdırılacaq məqamlar Brüsseldə Qərbin maraqları ilə uzlaşdırılacaq.
Soçi görüşü sərhəd insidentlərinə son qoymaq üçün yeni sənədi ərsəyə gətirəcək və ya ən azından şifahi razılaşma olacaq.
Ehtimal vermək çətin deyil ki, Soçi görüşündə dəhliz mübahisəsinə son qoymaq üçün Ermənistanın üzərinə sülhəməcburetmə prosesinin tərkib hissəsi olan məcburi öhdəlik qoyulacaq.
Söhbət ondan gedir ki, dəhlizin Ermənistandan keçən hissəsinin inşası işlərinin sürətləndirilməsi məsələsi danışıqların predmeti olacaq.
Koridorun açılması üçün qrafik tərtib edilməsi ehtimalları da yüksəkdir. Çünki dəhliz faktoru Rusiya üçün də, Türkiyə üçün də, Qərb üçün də, hətta Çin üçün də aktuallıq kəsb edir.
Ermənistanın isə dirəniş göstərmək və hansısa formada şərt irəli sürmək üçün nə hərbi resursu, nə siyasi iradəsi mövcuddur.
Xəbəri paylaş
3188 dəfə oxunub.
Digər xəbərlər

21-10-2019, 18:39
Bakıda qardaş bacısını öldürdü, məhkəmə qarşına çıxarıldı
28-10-2015, 19:14
Ankarada dəmiryolu vağzalında terroru İŞİD-in...
22-03-2015, 00:01
İnsan haqqında heyrətli faktlar
23-09-2022, 10:55
Diqqət! Bakı metrosuna sərnişinlərin bəziləri buraxılmayacaq - SƏBƏB
21-02-2017, 19:21
Türkiyədə evlilik verilişinə qatılan Naza maraqlı jest edildi (VİDEO)
2-02-2019, 13:20
Sabah hava necə olacaq?
2-04-2017, 16:01
Yeni ailə quran müəllimə məktub yazıb özünü öldürdü
13-07-2022, 10:28
İranda qadınlar hicabı çıxardılar - "Hicaba yox!" kampaniyası - VİDEO
26-10-2023, 12:00
"TikTok"a qoyulan məhdudiyyət aradan qaldırıldı? - Rəsmi AÇIQLAMA