Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Qəbul imtahanları ilə əlaqədar informatika kitabları yenilənəcək? - Nazirlikdən AÇIQLAMA
Tarix: 26-11-2021 | Saat: 09:39
Bölmə:Karusel / Gündəm / Təhsil | çapa göndər

2023-cü ildə I qrup üzrə qəbul imtahanlarına informatika seçmə fənninin əlavə edilməsi ilə əlaqədar olaraq dərsliklərin yenilənməsi məsələsinə aydınlıq gətirilib.
Bu barədə sorğusuna cavab olaraq Təhsil Nazirliyindən məlumat verilib.
Məlumata görə, 2023-cü ildə ali təhsil müəssisələrinə qəbul imtahanı proqramı çərçivəsində keçirilməsi nəzərdə tutulan I qrup üzrə İnformatika fənninə dair mövzularda dövlət ümumi təhsil müəssisələrində istifadədə olan dərsliklərə istinad olunacaq.
"Bununla yanaşı, 2021-2022-ci tədris ilinin sonunda dövlət ümumi təhsil müəssisələrində istifadə müddəti bitəcək III, VII və X sinif dərsliklərinin 2022-2023-cü tədris ilinə təkmilləşdirilməsi planlaşdırılır. Həmin dərsliklər sırasında İnformatika fənni üzrə dərsliklər də yer alır" - deyə, qeyd olunub.
Qeyd edək ki, Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzi tərəfindən hazırlanmış qərar layihəsinə uyğun olaraq, 2023/2024-cü tədris ili üçün keçiriləcək qəbul kampaniyası çərçivəsində I qrup üzrə informatika yönümlü (Rİ altqrupuna daxil olan) ixtisasların müsabiqəsində iştirak etmək istəyən abituriyentlər imtahanın II mərhələsində riyaziyyat və fizika fənləri ilə yanaşı informatika fənnindən, digər mühəndislik (RK altqrupuna daxil olan) ixtisasların müsabiqəsində iştirak etmək istəyən abituriyentlər kimya fənnindən imtahan verəcəklər.
Bu qrup daxilində bütün ixtisaslar üzrə müsabiqədə iştirak etmək istəyən abituriyentlər isə II mərhələdə riyaziyyat, fizika və kimya fənləri üzrə imtahan verdikdən sonra əlavə olaraq informatika fənnindən fərq imtahanı verəcəklər. Beləliklə, abituriyentlər ali təhsil müəssisələrinə sənəd qəbulu zamanı I ixtisas qrupu üzrə elektron ərizə doldurarkən, öz istəklərinə uyğun olaraq ərizələrində təhsil almaq istədikləri ixtisas və yaxud ixtisaslara uyğun olan iki altqrupdan birini, yaxud hər iki altqrupu seçmək imkanına malik olacaqlar.


Xəbəri paylaş

3508 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___