Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Ağsu rayonu, Çaparlı kəndində vətəndaş Məmmədov Elşən Bəxtiyar oğluna məxsus "Bəxtiyar market" adlanan ərzaq məhsullarının pərakəndə satışı mağazasında plandankənar yoxlama keçirilib.
FHN-dən verilən məlumata görə, yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanlar, xüsusilə də müvafiq razılaşma və icazəverici sənədlər olmadan obyektə bitişik əlavə tikilinin inşa olunduğu, daxilində hər birinin tutumu 10.8 ton olan 2 ədəd və 5,5 ton tutumu olan 1 ədəd çənin yerləşdirilərək kustar üsulla, heç bir yanğın təhlükəsizliyi qaydalarının tələblərinə əməl olunmadan benzin və dizel yanacağının satışının həyata keçirildiyi aşkar olunub.
Göstərilən nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratması səbəbindən çənlərdə saxlanılan asan alışan mayelər oradan kənarladırılmaqla, obyektdə işlərin görülməsi və xidmətlərin göstərilməsinin dayandırılması barədə Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Qərar qəbul edilib, qeyd olunan asan alışan mayelərin qanunvericiliyin tələblərinə uyğun olaraq maddi dəlil kimi götürülməsi təmin edilib.
Həmçinin, qanunvericiliklə nəzərdə tutulmuş qaydada razılaşdırılmadan inşaat işlərini aparan və icazəsi olmadan yanğın təhlükəli şəraitdə asan alışan mayelərin satışını həyata keçirən ərzaq məhsullarının pərakəndə satışı mağazasının sahibi Məmmədov Elşən Bəxtiyar oğlu barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati iş açılıb.
Ağsuda marketdə benzin satılırmış - VİDEO - FOTO
Tarix: 24-11-2021 | Saat: 08:19
Bölmə:Karusel / Hadisə / Foto-fakt / Xəbəraz TV | çapa göndər
Xəbəri paylaş
3318 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 24-11-2021 | Saat: 08:19
Bölmə:Karusel / Hadisə / Foto-fakt / Xəbəraz TV | çapa göndər
Məqaləyə dair fotomateriallar:
Xəbəri paylaş
Digər xəbərlər
30-04-2016, 12:07
Silahlı Qüvvələrimiz iki erməni hərbçisini MƏHV EDİB
25-11-2017, 16:42
“Ayə, çərə gedəyrəm, çora gedeyrəm” - Elza “Ayə, harayə gedirsən, ayə?”- yə belə CAVAB verdi
21-06-2015, 01:01
İki gün qabağ itgin düşən adam tapildı -Ölmüş Halda
30-08-2016, 14:28
Azər Axşam: "18 yaşlı oğlum var amma görüşə bilmirəm" - VİDEO
14-11-2021, 11:52
Bu şəxslərə nar yemək olmaz - Anafilaktik şok baş verə bilər...
26-01-2016, 15:29
Bakıda mini "yubkalı" qıza yol verən sürücülər qəzaya düşdü (VİDEO)
31-03-2015, 17:24
Zakir Həsənov: Üçrəngli bayrağımız tezliklə Xankəndidə dalğalanacaq
30-12-2016, 17:59
Yeni ildə uşaqlarınızla belə əylənin – Valideynlərə tövsiyə
13-04-2017, 11:51
Bu gün Avropa Liqasında 1/4 final mərhələsinin ilk oyunları keçiriləcək