Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Veysəloğlu” firmasının HOQQABAZLIĞI- OBA MARKETDƏ BAŞ VERƏN ÖZBAŞINALIQLAR…
Tarix: 21-10-2021 | Saat: 16:02
Bölmə:M / Karusel / Gündəm / Araşdırma | çapa göndər

“Veysəloğlu” firmasının HOQQABAZLIĞI- OBA MARKETDƏ BAŞ VERƏN ÖZBAŞINALIQLAR…





SSRİ dağılanda biz də çox istəyirdik ki, bizdə də halal yolla milli sahibkarlıq, milli iş adamları yaransın. 
Yəni  ölkəmizdə  Hacı Zeynalabdin Tağıyev  kimi sahibkarlar, iş adamları, biznesmenlər formalaşsın. 
Təəssüf ki, belə olmadı. 
70 il  yaşadığımız  sovet dönəmində hətta xırda ticarətlə məşğul olan kəslərə MÖHTƏKİR, ANTİPOD damğası vurularaq cəmiyyətdən təcrid olunurdu. 
Ancaq 90-cı illərdə  ortaya çıxan  bir çox iş adamları Hacı Zeynlabdin Tağıyev yolunu tutmaq əvəzinə, ələ düşən fürsətdən istifadə edərək  millətin  dərisini soymaqla məşğul olmağa başladılar. 
Yəqin ki, həmin dövrdə  o zamankı prezident Ayaz Mütəllibovun "Vahid" bankın xatırlayanlar var. 
Camaatın inəyini, evindəki xalçasını-palazını  satdırıb ayda 3-5 kq  ərzaq verənlər yada düşdü. 
Sözün qısası, bizdə sahibkarlıq, özəl biznes  beləcə yaranmağa başladı.
Bu dalğada  şəxsi biznes qurmaq istəyənlərdən biri də həmin illərdə “riyaziyyatçı olmaq istəyən” Aydın Talıbov olub. 
Aydın Talıbov deyir ki,  riyaziyyatçı olmaq istəyirdim, amma sonda ALVERÇİ oldum..
Talıbov, riyaziyyatçı olmaq istəyən necə  alverçi ola bilərdi? 
Talıbov, malyar və  rəssam necə birgə ola bilər ? 
Nə isə, keçək  Veysəlinoğlu  Aydın Talıbova  bizim suallarımıza: 
Cənab Veysəlinoğlu, sənin marketlərində vitrindən kassaya gələnə kimi  qiymətlər  30-40 faiz artır...
Hörmətli Veysəlinoğu, kapitalizmi tərifləyirsən. Undursan ki, kapitalizm sistemində sənin kimi iş adamlarını qanun qarşısında divara dirəyərdilər. 
İnanmırsan ? 
Bəxtiniz onda gətirib ki, Veysəloğlu...
Kapitalizmi bəh-bəhlə tərifləyirsən, Veysəlinoğlu...
Başa düşmürsən ki, 1-ə alıb 5-ə satmaq kapitalizmin günahı deyil, Talıbov qardaşlarının əməlləridr. 
Veysəlinoğlu, kapitalizm sənə deyir ki, vətəndaşların cibinə gir ?
Kapitalizm sənə deyir ki, şokoladın içindən QURD çıxar?
Cənab Talıbov, təriflədiyin kapitalizmdə şokoladın içindən qurd çıxsa, səni ölkədən  qovarlar ee.. 
Kapitalizm sənə deyir ki, vergidən yayın ? 
Bəli, ötən il  Dövlət Vergi Xidməti Veysəloğlu Şirkətlər Qrupuna nə az, nə çox – 2 milyon manat maliyyə sanksiyası tətbiq edib. Buna səbəb olaraq şirkətin külli miqdarda vəsaiti vergidən yayındırdığı göstərilir. 
Cənab Veysəloğlu ! Bu məlumatı Gündəlik-Bakı  demir ee, Dövlət Vergi Xidməti rəsmi informasiya kimi yayır. Buna nə deyirsən ? 
Bəlkə, məhkəməyə verəsən ? 
Həm də külli miqdarda vergidən yayınma. 
Sənin sahib olduğun  marketlərdə  dollar alveri edirlər. Bu əməl birbaşa cinayətdir.
Sənin marketlərində  “vozvrat” malların  tarixini, yararlılıq  müddətini dəyişib yenidən vitrinlərə düzürlər. 
Sənin marketlərində vitrindən kassaya gələnə kimi malların qiyməti 30-40 faiz dəyişir. 
Budur, xalqa, dövlətə xidmət ? 
Aydın Talıbov  öz  müsahibəsində deyir ki, ona məxsus marketlərin sayı  300-ü keçib. Onlarla supermarketlər, minimarketlər, böyük satış anbarları, bir sözlə, Veysəloğlunun  biznes imperatoprluğu. 
Şirkətlər  Qrupunda  17 min nəfər  işçi çalışır.
İranlılar demişkən, xeyli xub. 
Bəs, niyə bircə dəfə  Əmək Müfəttişliyi şirkətdə əmək qanunvericiliyinin pozulması ilə bağlı monitorinq keçirməyib. Əmək müqavilələrinin olub-olmaması ilə maraqlanmayıb. 
AQTA ( QİDA agentliyi) ,  agentliyin baş direktoru cənab Qoşqar Təhməzli  niyə maraqlanmır ki, yüzlərlə satış mərkəzi olan  Qrupda ərzaq və qida məhsulları  standarta uyğun gəlirmi, ya yox ? 
Niyə, Qoşqar Təhməzli  Veysəloğlunun  “Ulduz” şokolad fabrikindəki qurdlu  məhsullar ilə maraqlanmır ? 
Axı, istehlaklçıların bu qədər şikayətləri mediada tirajlanır, yayılır. Bunu dövlət qurumları görmür ? 
Cənab Aydın Talıbov, rəsmi məlumata görə, sənə məxsus “Araz” supermarketlər şəbəkəsindən AQTA-ya 563  istehlakçı şikayəti  olub, bunların 59-u vaxtı keçmiş, istifadə müddəti bitmiş qida məhsulları ilə bağlıdır.
Buna nə deyirsən, Veysəl müəllimin oğlu ?(https://gundelik-baku.com/)



5088 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___