Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bayram Nurlu göbələkdən zəhərlənib ölən qohumundan danışdı: "Həkim səhlənkarlığı..." - VİDEO
Tarix: 21-10-2021 | Saat: 12:16
Bölmə:Karusel / Hadisə / Xəbəraz TV | çapa göndər

Bayram Nurlu göbələkdən zəhərlənib ölən qohumundan danışdı: "Həkim səhlənkarlığı..." - VİDEO



Ötən gün Qaxda baş verən göbələk zəhərlənməsi nəticəsində bir ailənin 3 üzvü xəstəxanaya yerləşdirilib. Onların ikisinin həyatını xilas etmək mümkün olsa da biri iki gün sonra ölüb. Göbələkdən zəhərlənənlər sosial şəbəkə fenomeni Bayram Nurlunun qohumlarıdır. Onun 9 yaşlı bacısı oğlu Qasımlı Murad zəhərlənmədən dünyasını dəyişib. 
Bununla bağlı  açıqlama verən Bayram Nurlu bildirib ki, 9 yaşlı Qasımlı Murad həkim səhlənkarlığının qurbanı oldub. O, Muradın vaxtında Bakıdakı xəstəxanalardan birinə aparılsaydı, həyatının xilas edilə biləcəyini deyib:
"Murad həkim səhlənkarlığı nəticəsində vəfat edib. Evlərinin yanında bağça var. Oradan göbələk yığıb, bişirib, yeyiblər. Hər dəfə oradan yığırdılar. Amma belə zəhərlənmə halı ilk dəfə baş verib. Gecə yarı görüblər ki, uşaq özündə deyil. Səhərə yaxın Qaxda yerləşən xəstəxanaya aparıblar. Həkimlər 5-6 saat ərzində onun mədəsini yuyublar. Deyiblər ki, qorxulu heç nə yoxdur, uşağı evə apara bilərsiniz.
Daha sonra Muradı halsız və pis vəziyyətdə evə gətiriblər. Yemək yemirmiş, ancaq içdiyi dərmanları qaytarırmış. Günorta anası görüb ki, dərmanı qaytaranda boğazından damcı-damcı qan gəlir. 1 gün sonra həkimə zəng vurublar. O deyib ki,  boğazı gücə düşüb, kapilyarları partlayıb.
Sonra mənlə əlaqə saxladılar, gəlib gördüm uşaq pis gündədir. Həmin vəziyyətdə görüntülərini Bakıdakı həkimlərə göndərdim. Dedilər, bu uşaq çox pis vəziyyətdədir. Sonra xəstəxananın tibb bacısını çağırdım. Dedi, bu uşaq təcili Qax rayon xəstəxanasına aparılmalıdır. İki gün sonra xəstəxanaya apardıq, sistem qoyuldu. Sonra orada biri səs-küy saldı ki, bu uşaq ölür, bunu təcili Bakıya çatdırın.
Bakıya aparıldı. Həkimlər deyib ki, ciyərləri sıradan çıxıb. Gərək tez gətirərdiniz. Uşağı müalicə edən həkim müsahibə verib ki, "ilkin tədbir görülüb, vəziyyəti ağır olduğu üçün Bakıya göndərdik". Elə deyil. İki gün sonra Bakıya göndərilib. İndi qanun var. İnanıram ki, müəyyən tədbir görüləcək.
Məsələ ilə bağlı ittiham olunan tərəflə də əlaqə saxladıq. Qax rayon xəstəxanasında Bayram Nurlunun qohumlarını müalicə edən həkim Günay İsayeva ona qarşı irəli sürülən iddiaların əsassız olduğu bildirib. O, xəstələrə vaxtında və lazımi tibbi yardım göstərildiyini qeyd edib:
“Biz bu haqda bütün məlumatları sənəddə qeyd edib, açıqlama da vermişik. Əlavə sözə ehtiyac yoxdur. Bayram Nurlunun haqqımızda səsləndirdiyi ittihamlar əsassızdır. Onun özü burada yox idi. O, bizim həmin xəstələr üçün nələr etdiyimizi görmədi...”
Qeyd edək ki, Günay İsayeva televiziya kanallarına açıqlama verərək xəstələr üçün əlindən gələni etdiyini və lazımınca ilkin tibbi müdaxilələrin göstərildiyini, lakin onların həyatını xilas etməyin mümkün olmadığını bildirib.
Xatırladaq ki, göbələkdən zəhərlənən şəxslər Qax rayonunun Tasmalı kənd sakinləridir. Onlar 1974-cü il təvəllüdlü Qasımov Mübariz İbrahimxəlil oğlu, 2009-cu il təvəllüdlü Qasımlı Murad və 2012-ci il təvəllüdlü Qasımzadə İbrahimxəlil Həbib oğludur. Görülən tədbirlərə baxmayaraq, Qasımlı Murad və Qasımzadı İbrahimxəlil vəfat edib.

BAKU.WS
VİDEO


QALEREYA












3488 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___