Sumqayıt - Bakı qatarında problem: 2 manata bilet alıb ayaq üstə qaldılar
Tarix: 21-10-2021 | Saat: 09:30
Bölmə:Karusel / Hadisə | çapa göndər
Sumqayıtdan Bakıya gələn elektrik qatarının fəaliyyətində növbəti problem yaranıb.
Biznes-klas vaqonu üçün sərnişinlərə ümumi tutumundan çox bilet satılıb. Nəticədə 15-dək sərnişin ayaq üstə qalıb.
Qatar bələdçiləri bunu xəttə yenicə qoşulan Bakı - Gəncə qatarının biznes-klas vaqonundakı sərnişin yerlərinin Sumqayıt - Bakı qatarındakı sərnişin yerlərindən çox olması ilə əlaqələndiriblər. Belə aydın olub ki, məsul şəxslər bu məqamı nəzərə almadan biznes-klasdakı ümumi sərnişin sayını Bakı - Gəncə qatarındakı qədər götürüblər və daha artıq bilet satıblar.
Bələdçilər artıq məsələdən rəhbərliyin də məlumatlı olduğunu əlavə ediblər. Onlar problemin həll yolu kimi sərnişinlərə qaynar xəttə zəng etməyi məsləhət görüblər. Lakin biznes-klas çekləri sərnişinlərə qaytarılmayıb.
Qeyd edək ki, Sumqayıt - Bakı qatarında biznes-klas vaqonunda gediş haqqı 2 manat, adi vaqonda gediş haqqı isə 1 manatdır.
Xəbəri paylaş
6298 dəfə oxunub.
Digər xəbərlər

3-07-2016, 13:16
FHN əməliyyata başladı: 35 nəfər xilas edildi
14-09-2016, 15:42
Bakıda AYAQYOLUNDA YAŞAYAN AİLƏ – VİDEO
25-05-2016, 18:25
İran: “Ər-Riyadın A, B, C, D planı var”
4-02-2017, 01:06
“Rafiq Masallinski”nin döyülməsi görüntüləri yayıldı
13-06-2018, 13:42
“Azərişıq” gücləndirilmiş iş rejimində işləyəcək
2-04-2016, 14:46
Sahibkarların nəzərinə