Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
"Sənə elə iynə vuraram, 2 günə sağ qalmazsan" - Azərbaycanda həkim xəstəni ŞANTAJ ETDİ?
Tarix: 12-10-2021 | Saat: 09:08
Bölmə:Karusel / Hadisə | çapa göndər


Şəki şəhərində yaşayan Zeynalov Elşən Asif oğlu şəhər xəstəxanasındakı Yeganə adlı həkimdən şikayətçidir.

Şəki Rayon Mərkəzi Xəstəxanasının təcili yardım bölməsində çalışan Yeganə adlı həkim pis vəziyyətdə olan xəstəni qəbuluna buraxmayıb.

Şikayətçi bildirir ki, baş həkim tapşırsa da, Yeganə xanım yenə müayinə və müalicə etməyib, ona kobud ifadələrlə hədə-qorxu gələrək qovub:

"Şəki şəhərində yaşayıram. Təzyiq dəyişkənliyim olduğu üçün tez-tez Şəki Rayon Mərkəzi Xəstəxanasının təcili yardım bölməsinə getməli oluram. Çünki təzyiqim ani artanda başım fırlanır, ürək narahatlığım olur. Lakin orada çalışan Yeganə həkim məni qəbul etmir və mənim ilkin tibbi yardıma ehtiyacımın olmadığını deyir. Hətta iki gün əvvəl 190 təzyiq və 39 dərəcə qızdırma ilə oraya getdim, yenə də məni qebul etmədi. Üstəlik mənə "Get, hara istəyirsən şikayət et, mən burada işlədiyim müddətcə səni qəbul etməyəcəm" dedi.

Baş həkimin otağına qalxdım. Baş həkimin təkidindən sonra məni təcili yardıma düşürtdülər. Amma Yeganə adlı bu həkim orada da mənim üstümə qışqırdı. Bu qadın heç baş həkimi də saymır. Mənə "Sistem köçürülsün, rədd ol get! Özün də ağıllı ol! Sənə elə iynə vuraram, 2 günə sağ qalmazsan!" dedi.

Sistem qoşuldu, elə qoşulması ilə istem butulkasının yarısının artıq boşaldığını gördüm. Boğulmağa başladım. Qışqırdım ki, sistemin sürətini azaltsınlar. Yeganə həkim sistem köçürənə bu cür etməsi üçün tapşırıq verib. Oradan gələndən gecə boğulmalarım, ürəyimdə narahatlıqlar olur. Xahiş edirəm, bu həkim barədə qanuni tədbir görülsün və təzyiq dəyişkənliyimə görə xəstəxanaya gedəndə məni qəbul etsinlər.

Bundan əlavə, Yeganə həkim mənim halımı necə pisləşdiribsə, indi də müalicə eltsin.

Qeyd edim ki, Şəki Rayon Mərkəzi Xəstəxanasında Yeganə adlı başqa həkim yoxdur, təkcə odur".

Sonxeber.az olaraq, məsələ ilə bağlı Şəki Rayon Mərkəzi Xəstəxanasının baş həkiminin müavini Knyaz bəylə əlaqə saxladıq.

O, Elşən bəyin dediklərinin tam əksini söyləyib.

"O məsələni mən həll edib izahat almışam. Yenə də özüylə danışaram, amma biz gecə də onu saxladıq, sistem də köçürüldü, təzyiqini, temperaturunu normaya saldıq. Sizə deyilənlər xəstənin subyektiv fikridir, ona inanmayın, o xəstə nə bilir sürət nədir, yavaş nədir? Həmçinin Yeganə xanım o cür ifadələr işlətməz. O, çox təmkinli, səbrli xanımdır, bizim yaxşı işçilərimizdən biridir.

O xəstə bir az əsəb sistemi narahat oğlan idi. Yəni hər sözdən bir şey götürürdü. Biz onu yoluna qoymuşuq. Siz mənə nömrə verin, mən onunla danışım, görüm məsələ nədir? Hazırda mənim qarşımda onun izahatı var, ayin 9-u, həftənin 6-cı günü imzalayaraq təsdiqləyib ki, hər şey qaydasındadır, müalicə olunub və xəstəxanadan heç bir şikayəti və tələbi yoxdur. İndi yenidən şikayət edirsə, düşünürəm, bəlkə, onun zərərli adəti var. Siz indi xəstənin sözü ilə fikir yürüdə bilməzsiniz axı. Biz onun üçün hər şey etmişik. Siz ona yox, həkimə inanın".

Qeyd edək ki, şikayətçi izahatın sistem köçürüləndən əvvəl yazdırıldığını bildirib.(Sonxeber.az-)



1498 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___