Gəncə şəhər Baş Polis İdarəsi (ŞBPİ) və onun tabeli qurumlarının əməkdaşları Operativ Qərargahın qəbul etdiyi qaydaların yerinə yetirilməsinə nəzarət məqsədi ilə tədbirləri davam etdirir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, ŞBPİ-nin Kəpəz rayon Polis İdarəsinin əməkdaşları aidiyyəti qurumların əməkdaşları ilə birlikdə keçirdikləri müvafiq tədbirlər nəticəsində bəzi şadlıq saraylarında karantin rejimindən irəli gələn qayda və tələblərin pozulması aşkar edilib.
Belə ki, "Tural" və "Min Bir Gecə" şadlıq saraylarında təşkil edilən toy mərasimləri ilə bağlı məlumatların "icaze.e-gov.az" portalında qeydiyyatdan keçirilməyib. Həmin şadlıq saraylarının rəhbərliyi barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə həmin şəxslər 25 gün müddətə inzibati qaydada həbs edilib.
ŞBPİ-nin Nizami rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində isə "Gəncə Palas" şadlıq sarayının müvafiq portalda qeydiyyat aparmayaraq toy məclisi keçirməsi məlum olub. Restoran rəhbərliyi barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə həmin şəxslər 10 gün müddətə inzibati qaydada həbs edilib.
"Min Bir Gecə"nin rəhbəri həbs olundu - Toya görə
Tarix: 21-07-2021 | Saat: 11:05
Bölmə:Karusel / Hadisə | çapa göndər
Xəbəri paylaş
6088 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 21-07-2021 | Saat: 11:05
Bölmə:Karusel / Hadisə | çapa göndər
Xəbəri paylaş
Digər xəbərlər
18-05-2018, 14:23
"Hesablama Palatası haqqında" qanun layihəsi II oxunuşda qəbul edildi
12-11-2015, 23:15
Əli Abbasovun bağ evi nəzarətə götürüldü - Foto
13-06-2016, 21:37
İran və ABŞ-ın Suriyadakı əsl məqsədi nədir?
30-10-2019, 13:04
Bu şəxslər PENSİYA ALA BİLMƏYƏCƏK
2-01-2021, 01:36
Tramp bəyan etdi: Yanvarın 6-da mitinq olacaq
19-10-2016, 11:41
Məhəbbət Kazımovun tələbəsi: “Şahid olduqlarımı onun vasitəsiylə hiss edirəm” – FOTO
6-04-2017, 17:01
Azərbaycanda əkiz uşaq dünyaya gətirən ana öldü - FOTO
4-05-2019, 22:28
12 yaşlı adamyeyən: - valideynlər qorxu içində
30-10-2021, 10:39
11 yaşlı qızın kimdən hamilə qaldığı məlum oldu - TƏFƏRRÜAT