Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Azərbaycanda daha bir yeniyetmə qızı özündən 14 yaş böyük kişiyə nişanlayırlar? - FOTO
Tarix: 21-07-2021 | Saat: 10:42
Bölmə:Karusel / Hadisə / Foto-fakt | çapa göndər

Azərbaycanda daha bir yeniyetmə qızı özündən 14 yaş böyük kişiyə nişanlayırlar? - FOTO

Astarada 16 yaşlı qızı 30 yaşlı oğlanla nişanlayırlar.

Bu barədə "Azərbaycan Uşaqları" İctimai Birliyinin sədri Kəmalə Ağazadə özünün "Facebook" hesabında paylaşım edib.
Paylaşımda nişanın bu gün saat 14:00-da Astara rayonu Rüdəkənar kəndində baş tutacağı qeyd olunub:
"Məndə olan məlumata görə, saat 2-də nişandır. 16 yaşı hələ tamam olmayan (olsa nə olacaq ki...) Astara rayonu Rüdəkənar kəndinin sakini, 30.07.2005-ci il təvəllüdlü Məmmədova Sumayyənin 30 yaşlı Lənkəran sakini İsmayıl adlı şəxslə nişanı olacaq. Deyilənə görə, sabah qız toyudur.
Kəndin icra nümayəndəsi isə deyəsən məclisə çağırılmayıb, heç nədən xəbəri yoxdur. Qurban bayramında 16 yaşlı azyaşlını qurban deməzlər. İndi məsələ ictimailəşdikdən sonra açıqlama verəcəklər ki, "vallah ad edirik, toyunu yaşı tamam olanda edəcəyik".
Qeyd edək ki, bir neçə gün əvvəl Şəki rayonun Kiçik Dəhnə kəndində 15 yaşlı qızın 30 yaşlı kişiyə ərə verilməsi ilə bağlı məlumat yayılmışdı.
Azərbaycanda daha bir yeniyetmə qızı özündən 14 yaş böyük kişiyə nişanlayırlar? - FOTO


Xəbəri paylaş

6388 dəfə oxunub.

Digər xəbərlər
26-10-2015, 22:26 Prezident fərman imzaladı

bütün xəbərlər
____ Instagram ___