Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Ermənilərdən böyük düşmən... - NƏ ETMƏLİ?
Tarix: 25-06-2021 | Saat: 03:49
Bölmə:Bütün xəbərlər / M / Karusel / Siyasət / Gündəm / Hadisə / Dünya / Həftə-Reytinq | çapa göndər

İyunun 19-da İrandan Ermənistana keçmiş yük avtomobillərinin Xankəndinə doğru hərəkət etdiyini əks etdirən yeni görüntülər yayılıb. Üzərində İran bayrağı olan, fars rəqəmləri ilə “124872” ban nömrəli yük maşını dövlət qeydiyyat nömrəsini dəyişərək Ermənistana məxsus “16 US 195” dövlət nömrə qeydiyyatı ilə Rusiyanın sülhməramlı kontingentinin nəzarətində olan postdan asanlıqla keçərək Xankəndiyə gedib. Üzərində “Hamnafas” yazılmış yük maşını axşam saatlarında geri qayıdıb və Ermənistana keçib. Elə həmin gün üzərində “Ark Tabriz” yazılmış yanacaq daşıyan yük maşını Xankəndiyə yollanıb və geri dönməyib. Məlum olub ki, iranlı sürücülər yeni “fənd”lərdən istifadə edirlər.
Ermənistan ərazisinə daxil olarkən fars nömrələrini erməni nömrələri ilə dəyişir və Xankəndiyə gedirlər. Xatırladaq ki, 44 günlük müharibə dövründə və ondan sonra İrandan Xankəndi şəhərinə davamlı ağır tonnajlı yük avtomobilləri hərəkət edirdi.

Sonuncu belə olay may ayının əvvəlində qeydə alındı. Ancaq yüklərin nədən ibarət olması barədə nə Ermənistan, nə də İran tərəfi indiyədək rəsmi açıqlama verməyib. Yüklərin bütünlüklə humanitar yardım, ərzaq və ya dərman preparatlarından ibarət olduğunu iddia etmək isə ən azı sadəlövhlük olardı.

Əgər yüklər hərbi təyinatlı deyilsə, hansı səbəbdən maşınlar Ermənistan ərazisinə daxil olandan sonra nömrələrini dəyişdirirlər?! Yüklərin humanitar yardım olması faktı doğrulansa belə rəsmi Bakının icazəsi və məlumatı olmadan Qarabağa qanunsuz gediş-gəlişin özü cinayət əməli və ərazi bütövlüyümüzə sayğısızlıqdır.

AĞ Partiya sədri Tural Abbaslı “Şərq”ə açıqlamasında bu cür xəbərlərin çox məyusedici olduğunu deyib. Partiya rəhbərinin sözlərinə görə, Azərbaycanın ən böyük quru sərhədi İranladır və bu ölkədə 40 milyona yaxın soydaşımız yaşayır:

“Əslində Azərbaycanın ən yaxın müttəfiqi və silahdaşı İran olmalıdır. Təəssüflə qeyd etmək lazımdır ki, həm birinci, həm də ikinci Qarabağ müharibəsi zamanı İrandakı bəzi düşmən dairələr iki ölkə arasındakı münasibətləri korlamaq üçün ciddi fəaliyyət göstəriblər. 44 günlük müharibənin əvvəlində rəsmi Tehranın mövqeyi Azərbaycanı tam qane etmədi. İrandan Xankəndiyə yük maşınlarının gizli yollarla getməsi iki dövlət və xalq arasındakı etimadı zəiflədir, münasibətləri pisləşdirir. İran tərəfi isə təəccüblə soruşur ki, Azərbaycan niyə Tehranla dostluq əlaqələri qurmur?! Deyirlər ki, azərbaycanlılarda İrana qarşı aqressiya var, düşmən gözüylə baxırlar və s. Başa düşmürlər ki, məhz İran tərəfinin təxribatları sayəsində münasibətlər korlanır. Məncə, belə addımların səbəbi İranın siyasi hakimiyyətinin qorxmasından qaynaqlanır. Tehranın rəsmi dairələrində hesab edilir ki, Azərbaycanın siyasi-hərbi güclənməsi İran üçün “təhlükəlidir”. Əlbəttə, bu, yanlış düşüncədir”.

T.Abbaslı vurğulayıb ki, İranın bizə qarşı mövqeyi düzgün deyil və atdığı addımlar qonşuluq münasibətlərinə yaraşmır:

“Lüzumsuz hərəkətlərdir. Bir ovuc separatçı erməniyə görə, Azərbaycanla əlaqələri korlamaq və milyonlarla azərbaycanlının dəstəyini itirmək Tehrana nə verir? İran hakimiyyətinə səslənirəm ki, belə davranış cənub qonşumuzun Azərbaycandakı reputasiyasını daha da aşağı salır. Əgər Azərbaycanla normal münasibətlərin, dostluq əlaqələrinin necə qurulduğunu görmək istəyirlərsə, Türkiyədən bir az nümunə götürsünlər. İranla bizi tarixi-mədəni əlaqələr bağlayır, eyni dinin mənsublarıyıq. Tehran hökuməti bizə baxışını dəyişməlidir. Bunun xeyri ilk növbədə İrana dəyəcək. Ümid edirik, İranın yeni rəhbərliyi Azərbaycanla münasibətlər haqqında ciddi düşünəcək”.


Xəbəri paylaş

3298 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___