Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Operativ Qərargah toylara “toy” tutur - avqustda Məhərrəm ayı başlayır...
Tarix: 17-06-2021 | Saat: 11:47
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər


Prezidentin köməkçisi Şahmar Mövsümov jurnalistlərə açıqlamasında açıq havada toyların keçirilməsi ilə bağlı müzakirə aparıldığını deyib.

Şübhəsiz ki, açıq havada toy və digər məclislər keçirmək yay və payızın ilk aylarında mümkündür. Lakin məlum olduğu kimi, avqustun 5-də Azərbaycanda Məhərrəm ayı başlayacaq. Avqustun 30-da Aşura günü, oktyabrın 5-də 40 günü keçiriləcək. Ardınca isə sentyabrın 19-dan Səfər ayı başlayıb, oktyabrın 17-dək davam edəcək. Beləliklə də, payızın isti, əlverişli aylarında toy məclislərini keçirmək mümkün olmayacaq.

Əgər bu ayın sonundan toyların keçirilməsinə icazə verilərsə, bu zaman yalnız 1 ay müddətində toy keçirmək mümkün olacaq ki, nəticədə xeyli sıxlıq yaşanacaq.

Bəs ekspertlər toyların keçirilməsi ilə bağlı hansı zamanın daha uyğun olduğunu düşünür? Bununla bağlı hansı təklifləri var?

Mövzu ilə bağlı AĞ Partiya sədri Tural Abbaslı “Yeni Müsavat”a danışıb:

“Ümumiyyətlə, açıq havada toy keçirilməsi ilə bağlı may ayının əvvəlindən təkliflərlə çıxış etməyə başlamışdıq. Bildirmişdik ki, artıq açıq havada toy və yas məclislərinin keçirilməsinə icazə verilməlidir. Çünki may ayında hava şəraiti yaxşılaşır və bununla da açıq havada məclislər təşkil oluna bilərdi. Əgər bu gün biz küçə və parklarda maskasız gəzə biliriksə, təhlükəli şəkildə stol arxasında 5-6 nəfər yığışaraq otururuqsa, niyə bu cür əyləşib, toy edə bilməyək?

Əslində nəinki açıq, hətta qapalı yerlərdə də toyun keçirilməsi ilə bağlı icazə qərarının verilməsini gözləyirik. Marketlərdə, ictimai nəqliyyatda, böyük ticarət mərkəzlərində, eləcə də kafe və restoranlardakı sıxlığa baxanda heç də şadlıq saraylarında keçiriləcək toy mərasimlərində bu cür sıxlıq olmayacaq. Biz bunu gözlədiyimiz halda rəsmilər hələ iyun ayında açıq havada toy məclislərinin keçirilməsinə icazə verilib-verilməyəcəyini müzakirə edir.

Toy mərasimlərini deyəndə təkcə paytaxt Bakını nəzərdə tutmayaq. Axı bölgələrimiz də var və əhalinin böyük əksəriyyəti bölgələrdədir. Hamının həyəti, bağı var. Əgər bu gün toyların keçirilməsinə icazə verilsə, kimsə öz bağında, həyətində toy keçirə bilər və bununla da yığılmış toy yükü, insanların neqativ üsyanı azalar. Əminəm ki, yubatmadan ən geci bu həftənin sonuna qədər qərar çıxsa, 2 aya, 40 günə kifayət qədər toylar olacaq. Amma nədənsə bu problemin mahiyyətini ya başa düşmür, ya da problemi anlamaq istəmirlər. Yaxşı olardı ki, Operativ Qərargah xalqdan gələn çağırışlara daha həssas yanaşsın".

ADP sədri Sərdar Cəlaloğlu isə qeyd etdi ki, ümumiyyətlə, hesab edir ki, Azərbaycanda koronavirusla mübarizə məsələsinə bir qədər fərqli yanaşmaq lazımdır:

“Hər şeyi qadağan edib, məhdudiyyətlər yaratmaqla heç nə əldə etmək olmaz.

Toylara icazə verilsin, amma şərtlər qoyulsun ki, tibbi maskadan istifadə edilsin, sosial məsafə gözlənilsin, az tərkib olsun və sairə. Başqa cür bu mümkün deyil.

El arasında belə bir söz var idi - “Salavatla toy elə”. Mütləq iki gəncin ailə qurması üçün böyük qonaqlıq keçirmək lazımdır? Ailə qurmaq zərurəti varsa, bunu toy etmədən də həyata keçirmək mümkündür. Yəni kiçik tərkiblə, ailədaxili toy məclisi təşkil etmək olar.

Məsələn, ötən gün yaxın qohumumun övladının toyu oldu. Toy açıq havada yalnız yaxın ailə üzvlərinin iştirakı ilə xudmani şəkildə keçirildi".

Əməkdar artist, tanınmış müğənni Nüşabə Ələsgərli isə vəziyyətdən heç bir çıxış yolu görmədiyini dedi:

“İnsanlar uzun müddətdir ki, toyların keçirilməsinə icazə verilməsini gözləyir. Tutaq ki, bununla bağlı qərar qəbul edilsə, insanlar axı bunun üçün hazır deyil. Gərək restoran danışılsın, qonaqlar çağırılsın və sairə. Yəni 1 ay ərzində bütün bunları çatdırmaq mümkün olmayacaq. Təxminən bir aydan sonra da Məhərrəm ayı başlayacaq və oktyabr ayının ortalarında başa çatacaq. Ondan sonra havalar soyuyacaq və açıq havada toy keçirmək mümkün olmayacaq. Beləliklə, bu məsələ ilə bağlı hər hansı təklif və yaxud məsləhət vermək çətindir. Mənim də bu haqda konkret çıxış yolu variantım yoxdur.

Artıq bir sıra ölkələrdə maska qadağası götürülüb, bəzilərində isə məhdudiyyətlər hələ də davam edir. Ölkəmizdə isə bununla bağlı vəziyyətdə stabilləşmə var, bir sıra məhdudiyyətlər aradan qaldırılıb. Onsuz da ictimai nəqliyyatda, metroda, avtobusda, restoranlarda sıxlıq var, şou proqramlar həyata keçirilir, müğənnilər də bu cür məclislərdə iştirak edir. Fikrimcə, toylara da icazə verilməlidir".



4298 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___