Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Rusiya Ermənistana yardımını dayandırmaq istəyir - ÖZƏL AÇIQLAMA
Tarix: 16-05-2021 | Saat: 13:59
Bölmə:M / Karusel / Siyasət / Gündəm | çapa göndər

"Nikol Paşinyanın təxminən bir həftə əvvəl Rusiya XİN rəhbəri Sergey Lavrovla görüşü zamanı dediyi "Ermənistan Dağlıq Qarabağla bağlı üştərəfli bəyanatı həyata keçirmək üçün hər cür səy göstərməyə hazırdır" sözləri onun cəsarətindən yox, çarəsizliyindəndir".
Bunu  açıqlamasında rusiyalı tarixçi və siyasi analitik Oleq Kuznetsov deyib.

O bildirib ki, Paşinyan üçtərəfli bəyanatla razılaşıb və sazişdə qeyd olunan bütün maddələri yerinə yetirəcək:
"İş burasındadır ki, Ermənistan hazırda çox çətin siyasi və iqtisadi böhran yaşayır. Rusiya dəfələrlə rəsmi İrəvanı başa salmağa çalışıb ki, Ermənistanı mütəmadi olaraq Rusiya öz büdcəsi hesabına saxlamaq məcburiyyətində deyil. Bunu daim edə bilməz. Həm də ki, Rusiya özü hazırda çox ciddi iqtisadi çətinliklər yaşayır. Bu maliyyə böhranı Rusiya hökümətində böyük sosial silkələnmələrlə nəticələnə bilər. Buna görə də Rusiya daimi olaraq Ermənistana maliyyə yardımı edə bilməz. Rusiya indi məcburdur ki, lazımsız xərclərdən imtina etsin və Ermənistan üçün nəzərdə tutulan maliyyə yükündən azad olsun. 
10 noyabrda imzalanan üçtərəfli bəyanata əsasən bütün nəqliyyat dəhlizləri açılmalıdır. Bu minvalla Ermənistan üçün perspektivlər açılır ki, o, öz iqtisadi əlaqələrini genişləndirərək hər hansı bir inteqrasiya ilə qazanc əldə edə bilsin. Əgər öz coğrafi mövqeyindən istifadə edə bilsə və siyasi ambisiyalarının çoxundan imtina etsə Ermənistan buna nail ola bilər. 
Xüsusilə Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəndən sonra Ermənistanın digər qazanc yollarını da bağladı. Bu, həm təbii resurslar olsun, həm təbii minerallar olsun və hətta Azərbaycan Qarabağ bölgəsində narkotranzit əraziləri azad etdiyi üçün bu qazanc növündən də Ermənistanı məhrum etdi. Yəni Ermənistan elitasının işğaldan azad edilən ərazilərlə hər hansı bir əlaqəsi var idisə, onu da itirdilər. Bununla da gücdən düşmüş klan əsas gəlir mənbəyindən məhrum olub. Qarabağ klanı çalışır ki, keçmiş gücünü bərpa etsin, amma bu mümkün deyil. Onlar hazırda batan insan saman çöpündən necə yapışarsa, o vəziyyətdədirlər. Buna görə də Paşinyan çox yaxşı başa düşür ki, o, bütünlüklə Qarabağdan imtina etməlidir və Cənubi Qafqazın iqtisadi sisteminin inteqrasiyasında maraqlı olmalıdır ki, bunun sayəsində öz ölkəsini total iflasdan xilas edə bilsin. 
Ermənistanın başqa bir çıxış yolu yoxdur. Paşinyan hər nə qədər bunu demək istəməsə də, dişlərinin arasından çıxardaraq bildirmək istəyir ki, üçtərəfli bəyanatla razılaşıb və sazişdə qeyd olunan bütün maddələri yerinə yetirməyə hazırdır. 
Belə başa düşmək olar ki, Ermənistanda Paşinyanın qələbə qazanacağı ehtimallarının yüksək olduğu parlament seçkilərinə qədər rəsmi İrəvandan heç bir müsbət addım gözləmək lazım deyil. Amma seçkilərdən sonra öz ölkəsinin iflasdan xilası üçün Paşinyan çox yaxşı, çox güclü və çox aktiv səy göstərməlidir". 



2238 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___