Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bakıda məhəllədə səs salan şəxsin başına daşla vurub öldürdülər
Tarix: 16-05-2021 | Saat: 13:41
Bölmə:Karusel / Hadisə | çapa göndər

Bakıda məhəllədə səs salan şəxsin başına daşla vurub öldürdülər


Bakı şəhər Xətai rayonu ərazisində ötən ilin 13 sentyabr tarixində Orxan Yusiflinin başına daşla vurulub öldürülməsi hadisəsi ilə bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində 1990-cı il təvəllüdlü Kamran Ələsgərov barəsində Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə açılmış iş üzrə keçirilən prosesin yekununda təqsirləndirilən şəxs 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Məhkəmə prosesində məlum olub ki, Kamran Ələsgərov hadisənin baş verdiyi Xətai rayonu İlham Məmmədov küçəsi 26 ünvanındakı binada yaşayıb. O, gecə saatlarında Orxanın bir qrup şəxslə binanın həyətində yüksək səslə danışdığını görərək həmin şəxslərə irad bildirib. Orxan ona tutulan iradı qəbul etməyərək Kamrana yumruqla vurub. Bundan sonra yerdən iri daş parçası götürən Kamran yenidən yaxınlaşaraq Orxanın başına bir dəfə zərbə endirib. O, daha sonra qan içində qalan gəncə kömək etmək məqsədilə ətrafdakı şəxslərin köməkliyi ilə öz evinə aparıb. Burada Orxanın telefonundan onun atasına zəng edən Kamran onu evinə çağırıb. Daha sonra O.rxan Yusifli 3 saylı şəhər xəstəxanasına aparılıb. Lakin baş beyni ciddi şəkildə zədələndiyindən onun həyatını xilas etmək mümkün olmayıb.


Xəbəri paylaş

4498 dəfə oxunub.

Digər xəbərlər
25-06-2018, 15:58 Putin Ərdoğana zəng etdi

bütün xəbərlər
____ Instagram ___