Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Prezident İlham Əliyev hərbi və informasiya savaşını eyni anda apardı - Qələbəni şərtləndirən iki mühüm taktika
Tarix: 07-05-2021 | Saat: 21:07
Bölmə:M / Karusel / Siyasət / Gündəm | çapa göndər

44 günlük Vətən müharibəsində Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev eyni anda iki cəbhədə uğurlu döyüş strategiyası sərgilədi. Bunlar hərbi və informasiya müstəvisində olmaqla, əslində, bir-birini tamamlayan, bir-birinə təkan verən iki mühüm taktika idi.
Bu gün Vətən müharibəsindəki şanlı qələbəmizi təhlil edərkən Ali Baş Komandanın həyata keçirdiyi bu ikitərəfli, əslində isə çoxtərəfli strategiyanın nə qədər mühüm əhəmiyyət kəsb etdiyini görürük.
Təsadüfi deyil ki, Prezident İlham Əliyev həm müharibə dövründə, həm də müharibədən sonra 30-a yaxın beynəlxalq kütləvi informasiya vasitəsinə müsahibə verdi. Həm də yorulmadan, usanmadan. Hər bir müsahibədə də yeni fikirlərin, yeni baxışların və fərqli yanaşmanın şahidi olduq. Ali Baş Komandan təcrübəli jurnalistlər tərəfindən verilən sualları, bəzi hallarda bunlar təxribat xarakterli də olurdu, elə məharətlə cavablandırdı ki, qarşısında oturan jurnalistdən öncə ekran qarşısında onu dinləyənlər təəccübləndi, heyrətləndi, köks ötürdü. Bir sözlə, bu müsahibələrlə bütün dünya Azərbaycan Prezidentinin dərin siyasi dünyagörüşünün, yüksək intellektual bacarığının, eləcə də möhkəm iradəsinin şahidi oldu. Bütün bunların fonunda, əlbəttə ki, Azərbaycanla, Qarabağla və ən əsası müharibə ilə bağlı bütün həqiqətlər olduğu kimi beynəlxalq aləmə təqdim edildi.
Məhz bunların nəticəsidir ki, müharibənin bitməsindən yeddi ay keçməsinə baxmayaraq, Prezident İlham Əliyevin sözügedən müsahibələri qlobal müstəvidə hələ də əsas müzakirə mövzusudur. Dünyanın fərqli-fərqli yerlərindən siyasi ekspertlər, hərbi analitiklər, eləcə də ayrı-ayrı ictimai şəxslər müntəzəm olaraq bu barədə fikirlər səsləndirir, ölkəmizə və dövlət başçımıza rəğbətlərini ifadə edirlər.
İlham Əliyevin o dövrdə təkcə BBC telekanalına verdiyi müsahibəyə "Twitter" sosial platformasında üç milyondan çox baxış olub. Bu, Azərbaycanın informasiya siyasəti tarixində bir inqilabdır. Çünki indiyədək Azərbaycandan təqdim olunan heç bir məqalə, açıqlama, müsahibə və ya çıxış beynəlxalq arenada bu qədər izlənilməyib və ona bu qədər reaksiya olmayıb. Ən diqqətçəkən məqamlardan biri də odur ki, dövlət başçımızın BBC-yə müsahibəsindən sosial şəbəkələrdə paylaşılan fraqmentlərin hər birinə çox müsbət rəylər yazılır. Az qala, hər 100 rəydən 99-u Azərbaycan Prezidentinin haqlı olduğunu və tam həqiqətləri söylədiyini vurğulayır. Bütün bunlar, əlbəttə ki, Azərbaycan dövləti, Azərbaycan milləti adına yazılan uğurdur.
Bir məqamı da xüsusi vurğulayaq ki, 3 milyon baxış yalnız "Twitter" üzərindən qeydə alınanlardır. Müsahibəni götürən beynəlxalq informasiya resursurslarının - agentlik, qəzet və televiziyaların oxucu kütləsini, efir yayımı ilə bağlı əhatə dairəsini də nəzərə alsaq, tam əminliklə söyləmək olar ki, Azərbaycan Prezidentinin həmin müsahibələri milyonlarla baxış sayı qazanıb.
Odur ki, Prezident İlham Əliyevin möhkəm iradəsi, intellekti və "dəmir yumruğu" sayəsində 21-ci əsrin 21-ci ilinə Qələbə ilə qədəm qoyan Azərbaycan həm də gələcək tərəqqisinin, etibarlılığının və etimadlılığının təməlini qoymuş oldu!



1358 dəfə oxunub.

Digər xəbərlər
22-02-2019, 17:12 Sabah hava necə olacaq?

bütün xəbərlər
____ Instagram ___