Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
"Toy olmayandan sonra millət necə artacaq?" - Əli Mirəliyev
Tarix: 07-05-2021 | Saat: 19:28
Bölmə:Karusel / Şou-Biznes | çapa göndər


#TOY

Ölkədə qapanmanın olub-olmayacağı ilə bağlı istər sosial şəbəkələrdə, istərsə də ictimai nəqliyyatda əhali arasında müzakirələrə tez-tez rast gəlmək olar.
Cəmiyyətin qənaətinə görə, yoluxma sayının çoxalması özü ilə birlikdə yenidən sərt karantin rejimini də gətirəcək.
Bir neçə gün əvvəl "Real" televiziyasının direktoru Mirşahin Ağayevin Operativ Qərargahı karantini sərtləşdirməyə çağırması da xeyli müzakirələrə səbəb oldu. Cəmiyyət onu dəstəkləyənlər və tənqid edənlər olaraq ikiyə bölündü.
Xeberaz.Az xəbər verir ki, məsələ ilə bağlı yenisabah.az-a danışan müğənni Əli Mirəliyev qeyd edib ki, əgər yenidən qapanmaya gedilsə, yenicə fəaliyyətə başlayıb, özlərinə gəlməyə çalışan sahələrdə işlər dayanacaq. Bundan həm iqtisadiyyat, həm orada çalışan insanlar çox böyük ziyan çəkəcək:
"Mən düşünürəm ki, biz artıq çox qapandıq. Müharibə bir yandan, sərt karantin o biri yandan. Allaha şükür ki, xeyrimizə bitdi, amma biz iki ilə yaxındır ki, qapanmışıq. Axı insanlara bir az azadlıq vermək lazımdır, insanlar onsuz da problemlərini həll edə bilmirlər, bir az da qapanma olsa, lap pis duruma düşəcəklər. Mənim də problemlərim var, nə olsun ki, müğənni, aparıcıyam, mən də özümü adi insanlardan biri sayıram. Dövlət rəsmilərindən çox xahiş edirəm, insanları yenidən sərt karantinə, qapanmaya salmasınlar".

Müğənninin fikrincə, el şənliklərinin keçirildiyi məkanlarda da xidmət bərpa olunmalı,  çox qonaq olmamaq şərtilə toylara icazə verilməlidir:
"Vətəndaşlara azadlıq verilməlidir, insanların oğlu, qızı, nəvəsi var, onlara toy etmək istəyir, bəzilərinin pulu yoxdur. Toyların olmasını, pul yığmaq, qohum-əqrəba ilə vaxt keçirmək istəyirlər. Elimizin adəti var, gəncləri kor-koranə tək nikahla yola salmaq olmaz axı. Biz adət-ənənəmizi pandemiya zibilinə qurban verə bilmərik, buna ixtiyarımız yoxdur. Millətin sayı azalır, toy olmayandan sonra hardan artım olacaq? Yalandan deyirlər 500 uşaq oldu. Necə ola bilər? Toysuz 3-5 nəfər ərə gedə bilər, amma bunu hamı etməyəcək. Hər valideynin arzusudur ki, balasının toyunu görsün.  Biri elə mən, nəvəmin toyunu görmək istəyirəm. Nə qədər qapanma olar?! Bu qapanma ilə biz irəli getmirik, əksinə, geri gedirik. İndi də deyirlər dördüncü, beşinci dalğa gəlir. Bunu necə həll edəcəyik? Mən hər gün əlimi Allaha qaldırıram, dua edirəm ki, pandemiyanın üzünü Qərbə tərəf çevirsin".



Xəbəri paylaş

3418 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___