Aprelin 16-da saat 08 radələrində paytaxtın Nərimanov rayonu ərazisində 1993-cü il təvəllüdlü Ələsgərov Pərvin Nizami oğlunun qatar vurması nəticəsində aldığı xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Nərimanov rayon prokurorluğundan verilən məlumata görə, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, digər prosessual hərəkətlər yerinə yetirilib.
Aparılmış araşdırmalarla müəyyən edilmişdir ki, Bakı Lokomotiv Deposuna məxsus elektrik qatarı Nərimanov rayonu ərazisində dəmiryolu xəttini keçmək istəyən piyada Pərvin Ələsgərovu vurmuş, nəticədə sonuncu almış olduğu xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 262.2-ci (yerinə yetirdiyi işlə və ya tutduğu vəzifə ilə əlaqədar dəmir yolu, su və ya hava nəqliyyatının hərəkət təhlükəsizliyi və istismarı qaydalarına riayət etməyə borclu olan şəxs tərəfindən həmin qaydaların pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Prokurorluq qatarın gənc oğlanı vurub öldürməsi ilə bağlı MƏLUMAT YAYDI
Tarix: 17-04-2021 | Saat: 12:30
Bölmə:Bütün xəbərlər / M / Karusel | çapa göndər
Xəbəri paylaş
3878 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 17-04-2021 | Saat: 12:30
Bölmə:Bütün xəbərlər / M / Karusel | çapa göndər
Xəbəri paylaş
Digər xəbərlər
17-05-2016, 17:17
"BakuBus"ın avtobusunda silah sənədi və tələbə bileti tapılıb - FOTO
14-09-2023, 16:54
Ağamirzədən Baləlinin bahalı maşın almasına reaksiya: "Hədiyyə ancaq qadın müğənnilər üçündür"
9-07-2016, 23:37
"Məni bir daha canlı görməyəcəksiniz" - Zaur tamaşaçılarla vidalaşdı
22-04-2019, 17:23
Prokuror, Fədayə Laçın və polkovnikin həbsdə qalmasını istədi
21-07-2017, 16:39
Dağıstanda fövqəladə vəziyyət - Nazirlik hərəkətə keçdi
23-08-2018, 13:59
“Bugatti Veyron”un yağını dəyişmək bir maşın qiymətinədir
3-02-2018, 10:42
Telman İsmayılovun əmlakına yaxın duran yoxdur
11-03-2016, 19:10
3 yaşında qızın gözü qarşısında anasına təcavüz etdilər (VİDEO)
31-05-2016, 23:49
Krım Almaniyada səfirlik açır